“Qatarın altında qalan qadın”ın ilk nümayişi olacaq

“Qatarın altında qalan qadın”ın ilk nümayişi olacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Qatarın altında qalan qadın" tamaşasının ilk nümayişi olacaq. Səhnə əsəri tanınmış yazıçı Afaq Məsudun eyni adlı pyesi əsasında hazırlanıb.

Tamaşada Mişel Leqranın musiqilərindən, Şekspirin və Ramiz Rövşənin əsərlərindən istifadə olunub. Tamaşaya əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə quruluş verib. İki hissəli tragikomediyada əsas rolları Kəmalə Hüseynova, Cəfər Namiq Kamal, Elxan Quliyev, Pərviz Bağırov, Hicran Nəsirova, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnur Quliyev, Kazım Abdullayev, Anar Heybətov və başqa aktyorlar ifa edir. "Qatarın altında qalan qadın"ın quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Rauf Əliyevdir. Tamaşa iyunun 17-18-də təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə