“Nərimanfilm” “Asia Pacific Screen Awards”ın Azərbaycanda rəsmi siması olacaq
Bu il noyabrın 24-də Avstraliyada 5-ci "Asia Pacific Screen Awards" film müsabiqəsi keçiriləcək. FIAPF beynəlxalq təşkilatının təşkil etdiyi müsabiqədə Asiya – Sakit okean bölgəsində yerləşən 70 ölkənin filmləri nümayiş olunacaq. "Nərimanfilm" kinostudiyası "Asia Pacific Screen Awards"ın Azərbaycanda rəsmi siması olacaq.
"Nərimanfilm" kinostudiyasından SİA-ya verilən məlumata görə, bundan sonra həmin müsabiqənin Azərbaycanda rəsmi siması olaraq 4 kateqoriya üzrə seçim ediləcək. Bədii, animasiya, tammetrajlı bədii, tammetrajlı uşaq filmlərinin ən yaxşısı müsabiqəyə göndəriləcək.
Məlumatda bildirilib ki, filmlər avqustun 1-dək təqdim oluna bilər. Müsabiqədə 10 nominasiya üzrə mükafatlar paylanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB