Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbinin yekun konserti keçirilib - FOTO

Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbinin yekun konserti keçirilib - FOTO

Bu gün Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbinin yekun konserti keçirilib. SİA-nın məlumatına görə, konsert Tofiq Quliyevin Bakı haqqında mahnısı ilə başlayıb.

Rafiq Babayev adına 25 saylı uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Fəxriyyə Quliyeva açıqlamasında bildirib ki, konsertin proqramına maraqlı əsərlər daxil edilib: "Konsertdə həm klassik, həm də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilir. Əsas məqsədimiz isə uşaqları gözəl musiqiyə alışdırmaqdır. Onu da qeyd edim ki, sırf bugünkü konsert üçün hazırlanan musiqi parçaları da konsertdə səslənib".

Konsertdə həmçinin Ü. Hacıbəylinin, F. Şopenin "Vals cis moll"u, K. Qardelin "Tanqo"su, Faiq Sücəddinovun Vətən haqqında balladası səsləndirilib.

Konsert simfonik orkestrin ifasında səsləndirilən Qara Qarayevin "Vals"ı ilə yekunlaşıb.

\"\"

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə