Almaniyada Azərbaycanın „Eurovision-2011“ mahnı müsabiqəsində qələbəsi şərəfinə poçt markası buraxılıb
Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporunun Almaniyadaki Mərkəzi Şurasının rəhbəri, həmvətənimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Almaniyada Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi şərəfinə poçt markası buraxılıb. Məlumatı AzərTac yayıb.
SİA-nın verdiyi məlumata görə, markanın üzərində ingilis dilində "Eurovision
Song Contest – Azerbaijan Winner 2011"
sözləri yazılıb.
Yeni poçt markasının buraxılması ilə əlaqədar Tengis Sade Baron zu Romkerhall deyib:
"Mən özüm də "Eurovision-2011"
mahnı müsabiqəsinin finalında iştirak edirdim və Azərbaycanın qələbəsinin
Almaniyanın küçələrində bayram ovqatında qeyd olunmasını ilk dəfə görürdüm. Bu
qələbə gözəl və unudulmaz bir hadisədir. "Eurovision-2011" mahnı müsabiqəsinin
başa çatmasından təxminən dörd həftə keçməsinə baxmayaraq, bu günədək bizim
təşkilata alman vətəndaşları və Almaniyanın dövlət məmurları tərəfindən
təbriklər ünvanlanır. Bu qələbəni və sevinci nəzərə alaraq poçt markasının
buraxılmasını təşkil etməyi qərara aldım. Bu işdə zəhməti olan, əməyi keçən hər
kəsi bir daha təbrik edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB