“Running Scared” mahnısı Avropanın 10-dan artıq ölkəsinin hit-paradında birinci pillədədir – FOTO
Almaniyanın Düsseldorf şəhərində baş tutan "Eurovision-2011" müsabiqəsində ifa olunan mahnılar Avropada bütün hit-paradların ən yüksək pillərindədirlər. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sırada müsabiqənin birincisi olan Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı da var.
Saytın yaydığı məlumatda qeyd olunub ki, mahnımız tək Azərbaycanda yox, bir çox Avropa ölkəsinin hit-paradlarında birinci yerdə dayanır. Bu sırada Böyük Britaniyanın "Blue" qrupunun ifa etdiyi "İ can", İrlandiya təmsilçiləri "Lipstick"in mahnısı da var. Bu mahnılar da tək öz ölkələrində deyil, 10-dan artıq Avropa ölkəsində birinci yerdədir.
56-cı "Eurovision" müsabiqəsinin bir çox mahnısı isə milli
çarxlarda yüksək pilləni qazanır və proses hələ də davam edir. Bu sırada builki
müsabiqənin ən yaddaqalan mahnıları olan İrlandiya, İsveç, Norveç, Almaniya,
Fransa, İsveçrə, Estoniya, Finlandiya, Danimarka təmsilçilərinin mahnılarını
qeyd etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB