Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə 4 ay davam edən "Muğam müsabiqəsi–2011"in final mərhələsi başa çatıb.
SİA-nın verdiyi xəbərə görə, gecədə bu möhtəşəm musiqi bayramında Azərbaycan
muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi
vurğulanıb.
Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə
Ərəbli birinci, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar
Şabanova üçüncü tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB