Rus klassik musiqisinin ifaçılıq sənətinin III Tələbə Festivalı keçiriləcək

Rus klassik musiqisinin ifaçılıq sənətinin III Tələbə Festivalı keçiriləcək

11 iyun 2011 il tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiya Gününə həsr olunmuş Rus klassik musiqisinin ifaçılık sənətinin III Tələbə Festivalı keçiriləcək.

SİA-nın xəbərinə görə, festivalın qalibləri – BMA tələbələri Çaykovskinin, Raxmaninovun, Rimskiy-Korsakovun, Molçanovun və başqalarının əsərlərini ifa edəcəklər.

Həmçinin də, Festivalın müsabiqə proqramında Qnesinlər adına Rusiya Musiqi Akademiyasının 4 tələbəsi iştirak edəcəklər. Onların ifasında Avropa klassikasından əsərlər səslənəcək.

Bu Festival Rusiya Günü ərəfəsində 3-cü ildir ki, ənənəvi olaraq keçirilir.

Tədbirin təşkilatçısı "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondudur. Festival iştirakçıları Fəxri Fərmanla və 100 ABŞ dol. məbləğində pul mukafatı ilə təltif olunacaqlar.

Fəxri qonaqlar qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşları, Milli Məclis Deputatları, Azərbaycan Rus İcmasının, Azərbaycandakı Rusiya Səfirliyinin nümayəndələri və həmçinin də, Azərbaycanın görkəmli incəsənət və mədəniyyət xadimləri dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə