Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, bədii şüşə sənətçisi Məhər Məhərrəmovun elmi məqaləsi və üç müəllif əsəri Türkiyədə keçirilən I Beynəlxalq Çanaqqala Keramika Simpoziumunun proqramına seçilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, avqustun 11-dək davam edəcək simpozium Çanaqqala Onsəkkiz Mart Universiteti, Çanaqqala Seramikaları Araşdırma, İnkişaf və Tətbiq Mərkəzi (ÇASEM), Çanaqqala Bələdiyyəsi və "Kaleseramik" şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Müxtəlif ölkələrdən alimləri, rəssamları və tədqiqatçıları bir araya gətirən bu platforma keramika və dekorativ sənətin nəzəri-praktik istiqamətlərini işıqlandırır.
Simpoziumun elmi proqramına Məhər Məhərrəmovun “Azərbaycan xalça sənətinin müasir bədii şüşə yaradıcılığında sintezi” mövzusunda elmi məqaləsi qəbul edilib. Məqalədə Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədii şüşə sənətində interpretasiyası, milli ornamental irsin yeni material və ifadə vasitələri ilə təqdim olunması, həmçinin bu istiqamətin müasir dekorativ-tətbiqi sənətdə inkişaf perspektivləri elmi baxımdan təhlil edilir.
Bununla yanaşı, azərbaycanlı sənətkarın “Karvan”, “Dərviş” və “Primavera” adlı üç bədii şüşə əsəri simpozium çərçivəsində təşkil olunan beynəlxalq sərginin ekspozisiyasına daxil edilib. Müəllifin fərdi üslubunu əks etdirən bu əsərlər milli-mədəni irsimizin müasir şüşə sənətindəki interpretasiyası kimi xarici sənətsevərlərə təqdim olunur.
Qarabağ Universitetinin gənc müəlliminin həm elmi, həm də bədii uğuru ölkəmizdə dekorativ-tətbiqi sənətin və bədii şüşə məktəbinin beynəlxalq arenada uğurlu təmsilçiliyinin növbəti göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB