Jan Reno “Qaçış” romanını təqdim edib...

Roman Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanmasından bəhs edir...

...Fransız aktyoru Jan Reno Ukrayna uşaqlarının qanunsuz deportasiyasına toxunan “Qaçış” adlı casus romanını təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, həqiqi hadisələrə əsaslanan kitab aprelin əvvəlində XO Éditions tərəfindən nəşr olunub.

Süjet Fransa xarici kəşfiyyat xidməti DGSE tərəfindən işə götürülən Emma adlı keçmiş masajçıdan bəhs edir.

O, gizli şəkildə deportasiya olunmuş uşaqların saxlanıldığı qapalı mərkəzə sızmaq üçün Sibirə gedir.

Onun missiyası cinayətləri sənədləşdirməkdir: məcburi həbs, psixoloji təzyiq və sözdə yenidən təhsil...

Renonun sözlərinə görə, roman ideyası faciənin miqyasını öyrəndikdən sonra yaranıb və buna görə də gənc ukraynalıların qanunsuz deportasiyası probleminə beynəlxalq diqqəti cəlb etmək qərarına gəlib.

...Bu hekayəni eşidəndə (2024-cü ildə bir neçə QHT tərəfindən 19.546 qaçırılmış ukraynalı uşaq müəyyən edilib-A.B.) şoka düşdüm. Bu uşaqların beyinyuma üçün qaçırılmasının dəlilik olduğunu düşündüm. Mən siyasi bəyanat vermirəm; mən bunu romana çevirmək istəyirdim, - deyə 77 yaşlı aktyor bəyan edib.

SİA-nın əlavəsi: Dünya kinosunda fransız aktyoru kimi təqdim eilən Jan Reno əslində milliyətcə ispandır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə