Rusiya və Hindistan arasında mədəniyyətlərarası qarşılıqlı əlaqəyə yeni baxış...

"Sevgimin Kralı" rus-hind musiqili komediyası xalqlar arasında qarşılıqlı hörmət ideyasının canlı təcəssümünə çevrilib və onu yumorla məharətlə birləşdirib.

SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib və filmi "möhtəşəm bir təcrübə" adlandırıb.

Onun fikrincə, rejissorlar hər iki ölkənin ənənələrinə həssas və qayğıkeş yanaşma nümayiş etdiriblər.

Zaxarova NTV-də qeyd edib ki, ...kinorejissorlarımızın ənənələrimizi Bollivud ənənələri ilə birləşdirən müasir bir komediyanın yaradılmasına göstərdikləri hörmət, qayğı və maraq - mənim fikrimcə, bu, bir-birimizə qarşılıqlı hörmətlə yanaşmağın və eyni zamanda bir-birimiz haqqında zarafat etməyin necə mümkün olduğunu göstərən möhtəşəm bir təcrübədir.

1 apreldə Rusiya kinoteatrlarında nümayiş etdirilən filmin özü Bollivud klassiklərinin genişmiqyaslı parodiyasıdır.

Rejissor Marius Vaysberq Hindistan kinosunun estetikasının fərqli rus yumoru ilə mükəmməl şəkildə qarışdığı və böyük ekranda mədəniyyətlərarası dialoqun yeni bir ölçüsünü açdığı unikal bir format yaradıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə