Narkotikaya görə saxlanılan Oktay Kaynarca ev dustağlığına buraxıldı

Dünən İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanılıb. Türkiyə mətbuatının yazdığına görə, onlar məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, bundan əvvəl də bir neçə məşhur sima narkotik istifadəçisi olma ehtimalı ilə saxlanılıb və qanlarından analiz götürülüb. Onların əksəriyyətinin test cavabları müsbət çıxıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə