Boğazında yemək qaldı, 74 yaşında öldü - məşhur aktyordan PİS XƏBƏR
Cənubi Koreyalı məşhur aktyor An Sonq-ki ötən gün 74 yaşında vəfat edib. SİA xəbər verir ki, bir neçə gün öncə evində yemək yeyərkən qida boğazında ilişib. Nəticədə aktyorun tənəffüs alması çətinləşib və o huşunu itirib. Aktyor dərhal xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə alıb. Lakin bir neçə gün ərzində vəziyyəti kritik olaraq qalıb.
Həkimlərin səylərinə baxmayaraq, uzun müddətdir mübarizə apardığı ağır xəstəlik (qan xərçəngi) və bu hadisədən sonra yaranan ağırlaşmalar nəticəsində 5 yanvar səhər saatlarında dünyasını dəyişib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB