...“Möhtəşəm Marti” filminin kassa gəlirləri 19 milyon dollara çatdı və artmaqda davam edir.
SİA-nın məlumatına görə, açılış günündə, 25 dekabrda film ABŞ kinoteatrlarında 9,5 milyon dollar qazandı, o cümlədən önizləmələrdən 2 milyon dollar.
Cümə günü film daha 6,7 milyon dollar qazandı.
Ümumi kassa gəlirlərinin bazar gününə qədər 26 milyon dolları keçəcəyi gözlənilir.
…A24 studiyası Coş Safdinin stolüstü tennisçi haqqında dramının istehsalı üçün təxminən 70 milyon dollar büdcə ayırıb - bu, distribütorun indiyə qədər ən bahalı layihəsidir. Tənqidçilər qeyd edirlər ki, “Möhtəşəm Marti” filminin kassa uğuruna onun yaradıcı reklam kampaniyası təsir edib: filmin adını daşıyan narıncı rəngli lentdən tutmuş Las Veqasdakı Sphere konsert zalının damında çəkilmiş Timoti Şalamenin rol aldığı reklam çarxına qədər…
Film hazırda Rotten Tomatoes-da 95 faiz reytinqə malikdir. Tamaşaçılar aktyor oyununu, mürəkkəb (bəziləri üçün hətta çaşdırıcı) süjeti, yumoru və operator işini tərifləyirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB