“Arşın mal alan” operettasının tamaşası keçirilib

Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının Konsert Salonunda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında növbəti dəfə Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının tamaşası keçirilib. SİA xəbər verir ki, bu barədə Akademiyadan bildirilib ki, tamaşada əsas rolları Fəhmin Əhmədli (Əsgər), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Tural Ağasıyev (Süleyman), Xalq artisti Gülyaz Məmmədova (Telli), Günel Hacıyeva (Gülçöhrə), Aysel İbrahimova (Asya), Xalq artisti Gülüstan Əliyeva (Cahan xala) və Sadiq Məlikov (Vəli) ifa ediblər.

Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri Xalq artisti Mədinə Əliyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə