Sara Cessika Parker ilk zərgərlik kolleksiyasını təqdim edib...

...Əgər Sara Cessika Parkerin "Just Like That" (Amerika komediya-dram serialıdır –A.B.) olmadan nə ilə məşğul olduğunu heç düşünmüsünüzsə, cavabı aktrisanın bu ilin sentyabr ayında kreativ direktor olduğu Astrea London zərgərlik brendinin sosial media hesablarında tapa bilərsiniz.

SİA-nın əldə etdiyi məlumata görə, Parker brendin təsisçisi Natali Morrison ilə əməkdaşlıqda yaradılan ilk zərgərlik kolleksiyasını təqdim edib.

Yaradıcıların sözlərinə görə, seriyadakı bütün brilyantlar davamlı istehsal prinsiplərinə uyğun olaraq laboratoriyada yetişdirilir.

Kolleksiya artıq Dubaydakı Astrea butikində təqdim edilib və satışların başlaması gözlənilir.

Sara Cessika Parkeri yeni layihəsinin təqdimatı və bu ilin avqust ayında başa çatan əvvəlki "Just Like That" serialına nəzər salması münasibətilə təbrik edirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə