Nolanın “Odisseya” filminin ilk treyleri internetdə peyda olub…

Filmin dünya miqyasında 17 iyul 2026-cı ildə nümayişi planlaşdırılır…

...Universal Pictures şirkəti Kristofer Nolanın epik filmi olan "Odisseya"nın ilk treylerini yayımlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, video studiyanın YouTube kanalında dərc edilib.

Yaxınlaşan filmin debüt tizerində Qədim Yunanıstan və Tom Holland eləcə də Enn Heteuey tərəfindən canlandırılan bir neçə mərkəzi personajın mənzərələri nümayiş etdirilib.

Met Deymonun Odisseyi özü canlandırdığı bildirilir. Layihədə həmçinin Zendaya, Robert Pattinson, Con Berntal, Şarliz Teron, Lupita Nyonqo və digər Hollivud ulduzları da rol alıblar.

Beynəlxalq medianın məlumatına görə, Nolanın "Odisseya" üçün büdcəsi 250 milyon dollar olub ki, bu da "Oppenheimer", "Qara cəngavər" və digər blokbaster hitlərinin rejissoru üçün karyerasının ən yüksək göstəricisidir. Filmin dünya miqyasında 17 iyul 2026-cı ildə nümayişi planlaşdırılır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə