Parisdə “Natəvan” məktəbində Yeni il bayramı qeyd edilib

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri ilə Yeni il bayramı qeyd edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şənlik Azərbaycan Dövlət Himninin səsələndirilməsi ilə başlayıb.

Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək məktəbin müəllim kollektivini, şagirdləri, onların valideynlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara əmin-amanlıq, firavan həyat arzulayıb.

Tədbirdə “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və onların valideynləri, eləcə də səfirliyin diplomatları iştirak ediblər. Məktəbin müəllim kollektivi və milli geyimdə olan şagirdləri səfirliyin Mədəniyyət Mərkəzində əsl bayram əhvali-ruhiyyəsi yaradıblar.

Sonra “Natəvan” məktəbinin şagirdlərinin Yeni il münasibətilə hazırladıqları ədəbi-musiqili proqram nümayiş olunub. Qışın simvolu olan Şaxta babanın gəlişi uşaqları sevindirib. Yeni il mahnısı səsləndirilib.

Tədbirin sonunda iştirakçılar birlikdə rəqs ediblər. Uşaqlara Yeni il hədiyyəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə