Mədəniyyət nazirinin Ucarda nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib

Mədəniyyət naziri Adil Kərimli tərəfindən Ucar rayonunda dekabrın 19-da keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbul tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə