Son illərdə Azərbaycanda yüksək səviyyədə mədəniyyət tədbirləri keçirilir. Bu tədbirlər ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın mədəniyyət sahəsində böyük potensiala və zəngin irsə malik olduğunu nümayiş etdirir.
SİA xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Onun sözlərinə görə, ölkəmizdə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” yüksək səviyyədə təşkil olunub.
“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət tarixi və incəsənət nümunələrinin təqdim olunması bu tədbirlərin əhəmiyyətini daha da artırır. Digər dövlətlərin mədəniyyət nümayəndələrinin ölkəmiz haqqında səsləndirdikləri müsbət fikirlər isə bir daha təsdiq edir ki, Azərbaycan mədəniyyəti yüksək dəyərlərə malikdir və respublikamız regionda nümunə göstərilən mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan mədəniyyətinin nüfuzu hər il daha da artır”,- deyə R.Məcid əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB