"Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi" kitabının təqdimatı baş tutur" - FOTOLAR -YENİLƏNİR

Bu gün Azərbaycanın Ulu öndəri Heydər Əliyevin anım günü münasibətilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tərəfindən tədbir keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputataları, Universitet rəhbərliyi, içtimai xadimlər, tələbələr və media nümayəndələri iştirak edirlər.

Tədbirdə Ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda göstərdiyi əvəzsiz xidmətlər, dövlət, elm və mədəniyyət sahələrində əldə olunan nailiyyətlərə həsr olunmuş "Bəşəriyyətə örnək olan bir ömrün fəlsəfəsi" kitabının təqdimatı baş tutur.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə