Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub.
Bu barədə SİA Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimli "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025" çərçivəsində misirli həmkarı Ahmed Fuad Hanno ilə görüşüb.
A.Kərimli qeyd edib ki, Azərbaycanla Misir arasında mədəni əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Həmçinin mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı iştirak üçün geniş imkanların mövcud olduğu vurğulanıb.
A.F.Hanno da öz növbəsində Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini söyləyib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib.
O, Azərbaycanın festivala yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, tədbirin İslam dünyası ölkələri arasında mədəni inteqrasiyanın möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB