Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Azərbaycan İstiqlal Muzeyində görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş “İstiqlalın Zərif İmzası: Fətəli xan Xoyski” adlı tədbir-sərgi keçirilib.
SİA-nın məlumatına görə, muzeydən bildirilib ki, sərgi çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin fondlarından, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin və filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadənin şəxsi arxivindən, eləcə də Dövlət Arxiv Fondundan gətirilmiş 27 nadir fotoşəkil nümayiş olunub.
Bu materiallar Xoyskinin siyasi irsini, dövlət quruculuğu fəaliyyətini və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixi reallıqlarını daha dərindən öyrənmək üçün mühüm mənbə rolunu oynayır.
Tədbirdə Xoyskinin dövlətçilik irsinə həsr olunmuş elmi çıxışlar edilib və müzakirələr aparılıb.
Sərgi Fətəli xan Xoyskinin irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan dövlətçilik tarixinin vacib məqamlarını da yenidən gündəmə gətirir.
Sərgi dekabrın 12-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB