Afaq Habibinin "Harmoniya" adlı fərdi yaradıcılıq sərgisi açılıb

Azərbaycan Rəssamlar İttrifaqının üzvü, rəssam-pedaqoq Afaq Həbibinin “HARMONIYA” adlı fərdi yaradıcılıq sərgisinin açılışı 5 dekabr saat 17:00 Xətai Sənət Mərkəzində baş tutdu. Sərgini giriş sözü ilə xalq rəssamı, professor Arif Hüseynov açaraq Afaq xanımın yaradıcılığından və bir müəllimi kimi pedoqoji fəaliyyətindən danışdı.

Söz alan Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Rəssam Nəvai Mətin, Media və Araşdırmalar mərkəzinin direktoru Çingiz Qurbanoğlu, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyasının təsviri sənət şöbəsinin müdiri Kəmalə Kərimova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADRA-nın dosenti Samir Sadıqov ,Xətai Sənət Mərkəzinin müəllimi Gündüz Həbibov, həmçinin, rəssam-pedaqoqun iş yoldaşları və rəssamı sevən dostları öz ürək arzularını bölüşdülər.

Sərgidə rəssamın yaradıcılıq fəaliyyətinin son 10 ilində ərsəyə gətirdiyi müxtəlif mövzulu rəngkarlıq və qrafik janrında əsərləri nümayiş olunub.

Nəzərinizə çatdıraq ki, Afaq xanımın tələbələri mütamadi olaraq ölkəmizdə və xaricdə düzənlənən müxtəlif yaradıcılıq tədbirlərinin iştirakçısı olub, həmçinin rəssam vaxtaşırı tələbələri ilə qrup sərgiləri təşkil edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə