XIX əsrə aid Qarabəy karvansarayının fasadındakı reklamlar demontaj edilib - FOTOLAR
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi (ADRA) Ağdaş rayonunda aparılan nəzarət tədbirləri çərçivəsində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi – Qarabəy karvansarayının fasadında yerləşdirilən texniki tələblərə uyğun olmayan, estetik görünüşü pozan reklam daşıyıcıları demontaj edib.
Bu barədə SİA-ya ADRA-dan məlumat verilib.
Bildirilib ki, ADRA-nın Bərdə Regional Reklam İdarəsinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində tarixi binada ümumilikdə 27 sahibkarlıq subyektinə məxsus 57 reklam daşıyıcısı sökülüb.
Tarixi binanın reklam mühitinin tənzimlənməsi məqsədilə ADRA karvansarayın 3D bərpa modeli və yeni reklam yerləşdirmə konsepsiyası hazırlayıb. Sahibkarlara reklam qurğularının tələblərə uyğun şəkildə yerləşdirilməsi üçün tövsiyələr verilib və yeni eskizlər təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB