Prezident və Birinci vitse-prezident Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib. SİA xəbər verir ki, mərhumla vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə