Türkmənistan Mədəniyyət Günləri Gəncədə dostluq konserti ilə başa çatıb - FOTOLAR
Ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyət Günləri Gəncədə dostluq konserti ilə yekunlaşdırıb. Tədbir Azərbaycan və Türkmənistan Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, bağlanış konserti iki qardaş ölkə arasında qədim dostluq və mədəni əlaqələrin inkişafına, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə həsr edilib.
Proqramda həm Türkmənistan, həm də Azərbaycan sənətçilərinin çıxışları yer alıb. Türkmənistanın Xalq artistləri və folklor-etnoqrafik kollektivlər çıxış edərək dostluq və həmrəylik ruhunu ifadə ediblər.
Azərbaycanı tədbirdə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Rüstəm Cəfərov, Səhri Əliyeva, eləcə də Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.
Türkmənistan tərəfdən Jemal Saparova, Bahar Annayeva, Maya Orazberdiyeva, Kerwen Yovbasarov, Rüstəm Hallyyev və “Dokmaçylar” folklor-etnoqrafik ansamblı səhnədə yaddaqalan proqram təqdim ediblər.
Hər iki xalqın sənətçiləri birgə ifalarla səhnədə dostluq və mədəni yaxınlığın simvoluna çevriliblər.
Bağlanış konserti iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və tamaşaçılarda iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə də daha sıx davam edəcəyinə inam yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə