Xalq artisti Əminə Yusifqızı ilə Təzəpir məscidində vida mərasimi keçirilir. SİA xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Əminə Yusifqızı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Əminə Yusifqızı ötən gün 89 yaşında dünyasını dəyişib. Onun sənət yolu Azərbaycan teatr və kino tarixində silinməz iz buraxıb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə