Aktauda Türk Dünyası Film Festivalı açılıb...

Aktauda “Korkıt Ata” Türk Dünyası Film Festivalının təntənəli açılışı olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, festival Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın milli kino təşkilatlarını birləşdirən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsüdür.

Daha əvvəl festival İstanbul, Bursa, Şuşa və Anauda keçirilib, bu il isə ilk dəfə olaraq Qazaxıstan estafeti qəbul edir.

Təntənəli açılış Dostluq Evində baş tutub və qırmızı xalçadan və rejissor Duman Yerkimbekin “QAITADAN” debüt bədii filminin nümayişi ilə başlayıb.

Festivalın proqramına kino sənayesinin aparıcı xadimləri ilə yaradıcılıq görüşləri, kino sammiti, müsabiqə və müsabiqədənkənar filmlərin nümayişi, eləcə də Mangistau vilayətinin görməli yerlərinə səfərlər daxildir.

Bağlanış və qaliblərin mükafatlandırma mərasimi oktyabrın 4-də baş tutacaq.

Münsiflər heyəti “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa”, “Ən yaxşı aktyor” nominasiyaları üzrə qalibləri müəyyən edəcək.

Bundan əlavə, TÜRKSOY-un “Türk mədəniyyətinə töhfəyə görə” xüsusi mükafatı təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə