Azərbaycan və Bolqarıstan sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiya apara bilər - FOTO

İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Adil Kərimli son illərdə ölkədə xarici kino istehsalçıları üçün yaradılan şərait və "Rebate" proqramı haqqında məlumat verib.

Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, bu ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə