“Cabir müəllim xalqın sevimlisidir və hər zaman qəlblərdə yaşayacaq” - Fatma Mahmudova

“Bu gün Cabir müəllimin itkisi, aktyorluğunu kənara qoyuram, bir insan olaraq mənə çox təsir edir. Həqiqətən dözə bilmirəm ki, biz onu itirdik. O, xalqın artistidir, sevimlisidir. Hər zaman Cabir müəllim onu sevənlərin qəlbində yaşayacaq”. SİA xəbər verir ki, bu fikirləri vida mərasimində aktrisa Fatma Mahmudova səsləndirib.

O, mərhum sənətkarın xalqın yaddaşında daim yaşayacağını bildirib: “Çünki siz hər zaman bizi düşündürüb güldürmüsünüz. Biz sizi sevirik, bunu belə bilin. Cabir müəllim, ruhunuz şad olsun. Biz sizi heç vaxt unutmayacağıq”

.

Bütün xəbərlər Facebook səhifəmizdə