“Allah sənətkarımıza rəhmət eləsin. Mənim Cabir müəllim haqqında elə də yaşım çatmır çox danışmağa, amma onu bilirəm ki, uşaqlıqdan məhləmizdə, küçədə dostlarla onun zarafatları ilə böyümüşük. Həqiqətən Cabir bəy Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük bir itkidir”. Bu sözləri SİA-ya açıqlamasında vida mərasimində iştirak edən idmançı, aktyor Şükran Soltanov deyib.
O əlavə edib ki, Cabir İmanovun sənətinə hər zaman böyük sevgi ilə yanaşıb: “Mən fəxr edirəm ki, onun rol aldığı bir filmdə yer almışdım. Baxmayaraq ki, uşaq ikən onlara fanatlıq edirdim, heç vaxt inanmırdım ki, bir gün onların filmində çəkiləcəyəm. Bu, mənim üçün unudulmaz bir xatirədir”.
Ş. Soltanov bildirib ki, mərhum sənətkarın xatirəsi hər kəs üçün əzizdir: “Hər kəs kimi biz də kədərliyik. Sənətkarı bu şəkildə yola salmaq hər birimizin borcudur”.
Bütün xəbərlər Facebook səhifəmizdə