“Peşəkar səhnə dilində müasir üslubun başlanmasına ehtiyac var idi. Həmin dövrdə ilk tədbirlərdən birində Cabirə aparıcı olmağı təklif etdim. O da bildirdi ki, yalnız mənim təqdimatımla səhnəyə çıxmaq istəyir. Mən də dedim ki, sən aparıcı olmalısan. Bu, onun böyük arzusu idi və o arzunu yaşatmaq üçün mən də dəstək verdim”. SİA xəbər verir ki, bu fikirləri mərhum aktyor Cabir İmanovun böyük qardaşı, “Planet Parni iz Baku” teatrının rəhbəri Tahir İmanov vida mərasimində səsləndirib.
T. İmanov bildirib ki, qardaşının sənətə gəlişi təsadüfi olmayıb: “Cabirin aparıcılığına, sənətə bağlılığına çox inanırdım. Həmin günlər onun üçün yeni bir başlanğıc oldu. Çox sənət adamları ilə birlikdə gözəl anlara şahidlik etdik. Son 5 ildə də onun sənətə verdiyi töhfələrin canlı şahidi oldum”.
O, çıxışında əlavə edib ki, qardaşının xatirəsi hər zaman yaşadılacaq: “Cabirin arzuları, əməyi, yaratdığı obrazlar və insanlara bəxş etdiyi sevinclər heç vaxt unudulmayacaq. Onun sənət yolu gələcək nəsillərə də örnək olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə