Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir - YENİLƏNİR2-FOTOLAR

Mərhum aktyorla vida mərasimi bu gün Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutub. SİA xəbər verir ki, mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, həmkarları və yaxınları iştirak ediblər.

Əməkdar artist Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Cabir İmanov günorta saatlarında paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək 49 yaşında vəfat edib.

Xatırladaq ki, Cabir İmanov səhnə fəaliyyətinə 1992-ci ildə “Parni iz Baku” KVN komandasında başlayıb, daha sonra “Planet Parni iz Baku” teatrında çıxış edib. O, “Məhəllə”, “Məşədi İbad-94”, “Qorxma, mən səninləyəm – 1919”, “Bəxt üzüyü 2” kimi məşhur filmlərdə rol alıb.

Aktyor 2015-ci ildə “Əməkdar artist” fəxri adına, 2021-ci ildə isə “Tərəqqi” medalına layiq görülüb. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirən Cabir İmanov uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə