İlk dəfədir qardaş ölkəyə, Bakıya gəlirəm. Burada olmağımdan çox məmnunam. Bakıda yaşayan bir çox dostlarım var. Ümid edirəm ki, çox qısa bir zamanda birgə istehsal olan filmlər, seriallar çəkərik.
SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə-Azərbaycan Türk film günlərinin açılış mərasimindən əvvəl məşhur türkiyəli aktyor Berk Oktay söyləyib.
Bakını çox bəyəndiyini və Şuşanı da görmək istədiyini deyən aktyor orada ortaq bir film yaratmaq ideyasını da səsləndirib. Bərk Oktay Mübariz İbrahimovu filmdə canlandırmaq istəyini ifadə edib: "Onun həyatını qürur və zövqlə oynamaq istərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə