"Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumu keçirilir - YENİLƏNİR/FOTO
"Üzeyir Hacıbəylinin irsi: Keçmişdən bu günə" Beynəlxalq Forumu keçirilir. SİA xəbər verir ki, forum XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilir.
Forumun açılış nitqini edən Azərbaycan Mədəniyyət nazirinin müavini Murad Hüseynov festival çərçivəsində baş tutan tədbirlər barəsində məlumat verib: “Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili ölkəmizdə yüksək səviyyədə qeyd olunur. XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizdə müxtəlif konfranslar, tədbirlər, kitab təqdimatları həyata keçirilir. Qeyd edim ki, sentyabrın 28-də Azərbaycan milli operasının zirvəsi Koroğlu operası baş tutacaq. Bu musiqi bayramı müxtəlif səpkili tədbirlərlə qeyd olunur. Həmçinin bu çərçivədə Türkiyə, Almaniya, ABŞ, Fransa, Braziliya və s. kimi çox ölkələrdə tədbirlər keçirilib.
Forumda Üzeyir Hacıbəyli irsinin qlobal aləmdə təcəssümünün mühazirə və diskusiyyalarla şahidi olacağıq. Bu gün bu sahədə yeni tədqiqatçılar, mədəniyyət xadimləri öz fikirlərini bölüşəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə