“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr olunub

Azərbaycan Aşıqlar Birliyində (AAB) “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı layihə çərçivəsində hazırlanmış eyniadlı kitab işıq üzü görüb.

AAB-dən SİA-ya bildirilib ki, kitabda Qərbi Azərbaycan aşıqlarının repertuarından seçmə dastanlar yer alıb.

Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, kitabın elmi redaktoru Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Mahirə Hüseynova, nəşrə hazırlayanı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçilər ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının dosenti Altay Məmmədlidir.

Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək və müvafiq təşkilatlara ödənişsiz paylanılacaq.

Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə