...Amerikalı rejissor Vudi Allen, Moskva Beynəlxalq Film Həftəsində iştirakını “rüsvayçılıq” adlandıran Ukrayna Xarici İşlər Nazirliyinin tənqidlərinə cavab verərək, “The Guardian”a deyib ki, o, “sənətlə dialoqu dayandırmağın kömək etmək üçün yaxşı bir yol olduğunu düşünmür”.
...Ukraynadakı müharibəyə gəlincə, mən qəti şəkildə inanıram ki, Vladimir Putin tamamilə yanılır.
SİA-nın məlumatına görə, bunu deyə bildirib.
...Ancaq siyasətçilər nə edirsə etsinlər, sənətlə dialoqu dayandırmağın kömək etmək üçün yaxşı bir yol olduğunu düşünmürəm.
Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Allen-in tədbirdə iştirakını pisləyib və bunu “hərbi əməliyyatlar zamanı həlak olan ukraynalı aktyor və rejissorların qurbanlarına təhqir” adlandırıb.
Kiyev hesab edir ki, mədəniyyət “cinayətləri ağartmaq və ya təbliğat vasitəsi kimi istifadə edilməməlidir”.
O, Myrotvorets məlumat bazasına əlavə edildi.
Yeri gəlmişkən, bazar günü Allen videobağlantı vasitəsilə avqustun 23-dən 27-dək paytaxtda keçirilən kino həftəsində iştirak edib.
O, “Dünya kinosunun əfsanələri” konfransında çıxış edib. Onunla aktyor və rejissor Fyodor Bondarçuk danışıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə