"Elmi-Texniki kitabxanaya 700 kitab bağışlamışam" - NİGAR BABAZADƏ

"Oqtay Babazadə seysmoloq alim, Baba Babazadə neftçi, geoloq alim idi. Bu günkü tədbir onlara həsr olunmuşdur". SİA xəbər verir ki, bu sözləri Əfsanəvi Baba Babazadənin nəvəsi Nigar Babazadə deyib.

Onun sözlərinə görə, çünki bu gün Baba Babazadənin ölümündən 62 il keçib. Rəhmətlik Oqtay Babazadənin bu il 85 yaşı tamam olur. Bu tədbir həm də Ramanada təşkil edilmişdi. Bu iki alim Ramanada anadan olublar və 1947-ci ilə qədər orada yaşayıblar. Ramanada Baba Babazadənin adına küçə də salınıb. İndi keçirilən tədbirdə babamı, atamı tanıyan görkəmli şəxslərin çıxışları da olacaq. Elmi-Texniki kitabxananın direktoru da burada olacaq. Çünki mən iki il bundan əvvəl həmin kitabxanaya 700 kitab bağışlamışam. Bu kitablar babamın və atamın həm geologiya, həm seysmologiyaya aid olan kitabları idi. Bu gün tədbirin sonunda babama və atama həsr olunmuş film də təqdim olunacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə