Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Astanada Rusiyanın XİN başçısı Sergey Lavrovla görüş keçirib. Lakin həmin görüşdə Mirzoyanın gah erməni “məzlumkeşliyi”, gah ara-sıra “quyruq bulayaraq” diş qıcıtması, gah erməniləri 30 il ölməyə, məhv olmağa imkan verməyən Rusiyaya öz təbirincə minnət qoymaq cəhdləri, həmçinin işlətdiyi digər axmaq ifadələri də nəzərdən qaçırılmayıb. Ermənistanın siyasi rəhbərliyi yaxşı bilir ki, hazırkı vəziyyətləri onların özləri üçün nə qədər acınacaqlıdır və eyni zamanda, həmin fondakı “təmizəçıxma” səyləri də sadəcə səy olaraq qalacaq. Ancaq maraq doğurduğu üçün Ararat Mirzoyanın Sergey Lavrovla görüşündəki fikirlərindən bir neçə sitat çıxarmaqla vəziyyəti daha əhatəli şəkildə şərh etmək yerinə düşərdi. Beləliklə, sitat: “Bir çox suallar var ki, İrəvan bu yöndə Moskvanın mövqeyini eşitmək istəyir. Bir çox ölkələr öz vasitəçiliklərini təklif edirlər, amma Ermənistan Rusiyanın kürəyini hiss etmək istəyir. Erməni tərəfi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına sadiqdir. Lakin paralel olaraq Azərbaycanın iştahasının (???!!!-R.R.) artdığını müşahidə edir. Və söhbət yalnız “Dağlıq Qarabağdan” (sitat daxilindəki dırnaqlar bizimdir – R.R.) deyil, həm də Ermənistanın “suveren” ərazilərindən gedir. Ermənistan bu planda müttəfiqi olan Rusiyadan dəqiq reaksiyalar gözləyir. BMT-dəki bəzi ölkələr hansı ki, onlarla uzunmüddətli dostluq tarixi yoxdur – Ermənistan-Azərbaycan sərhədi ilə bağlı daha dəqiq bəyanatlar veriblər”.
Göründüyü kimi, Ararat Mirzoyanın həyasızlığı və cəmi bir neçə cümləlik fikirlərindəki çoxşaxəli eyhamları necə deyərlər, gözə girir, üstəlik Lavrovun həmin bəyanatları udması, yaxud uda biləcəyi də inandırıcı görünmür. Moskva uzun illər qoynunda bəslədiyi bu qara və zəhərli ilanın buraxdığı zəhərini görünür, indi-indi hiss etməyə başlayır. Fəqət, Kremlin İrəvana hansı cür dərs verəcəyini buraxaq həmin qırmızı kərpicli qala divarlarının arxasına. Bir lətifədə deyildiyi kimi, “Div əmi özü bilər kimi yeyər, kimi isə ...”
Ancaq bu xüsusda, yəni mövzudan yayınmayaraq sorosçu Paşinyanın sorosçu sığırçını Mirzoyanın qeyd edilən fikirlərinə bəzi şərhlərimi vermək istərdim. Fakt budur ki, Ararat yenidən ziddiyyətli bəyanatlar səsləndirir və buna görə mütləq, amma mütləq (!) yenə də erməni əsgərləri cavab verməli olacaqlar. Üstəlik, bu gün Ermənistan adlı saxta ölkənin Yerablur panteonu (hərbi məzarlığı) daha da genişlənəcək və az qala bütün İrəvanı tutacaq. Bunu etmək üçün isə yeni söz var – 2X2!
Fəqət, Ararat Mirzoyan “Azərbaycanın iştahası” barədə sərsəmləyərkən bilmirmi ki, Azərbaycanın öz torpaqlarına, öz ərazisinə qarşı hər-hansı iştahası ola bilməz və biz hələ Qarabağı demirik! Yəni dəlil budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət qoymadıqca, bu əraziləri “Ermənistanın suveren əraziləri” görməyə davam edəcəksə, onda bu saxta ölkə ümumiyyətlə özünün varlığına son qoymalı olacaq.
Sonda isə yadıma bir maraqlı məqam düşdü. Yaxın həmkarımla siyasət barəsində söhbətləşərkən o Ermənistanı və erməni siyasətçilərini sadomazoxist adlandırmışdı. Morzoyanın Lavrovla görüşü zamanı işlətdiyi kəlmələrinin hər birinin arxaından sadomazoxizm qoxusu gəlirdi. Həqiqətən də beləymiş...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB