Qazi problemlərindən pul qazanan Əli Kərimli mənəviyyat tanımır
Deyir "qozbeli qəbir düzəldər", amma radikal müxalifət deyilən satqınlar "sülaləsini" görünür, bu 30 il ərzində qəbir də düzəldə bilməyib, bu gün xəyanət və riyakarlıq yolunu tutur. Azərbaycan müxalifətinin ən pis cəhətlərindən biri də budur ki, onlar ölkədə olan heç bir yaxşı şeyi görmürlər, eşitmirlər, demirlər. Niyə? Müxalif olmaq məgər ancaq pis şeyləri görmək, pis şeyləri eşitmək və pis şeyləri deməkdirmi?
Ancaq bu cür oyunlara "dur!" deməyin vaxtıdır. Bunu da cəmiyyətimiz etməlidir. Sosial şəbəkələrdə qazilər üzərindən oyun quranlara cəmiyyət layiq olduqları cavabı verməlidir. Cəmiyyətimiz Əli Kərimli kimilərə qandırmalıdır ki, qazilərimiz, şəhid ailələrimiz sosial şəbəkə aləti deyil... Hacıbəyli, Qənimət Zəhid, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi manqurtlar bilməlidirlər ki, bu gün bütün şəhid ailələri və qazilər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Radikal müxalifət düşərgəsi və onların xaricdə məskunlaşmış Vətən satqınları AXCP sədri Əli Kərimli, antimilli şuraçılar Cəmil Həsənli və Gültəkin Hacıyeva, eləcə də ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla ermənipərəst dairələrin dəyirmanına su tökməyə çalışırlar. Bu, o satqınlardır ki, Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq istədilər, ancaq xalq onları bir dəfəlik tarixin zibilliklər arxivinə atdı. Ancaq bunu anlamadılar. Və bu gün qazilərə "canıyananlıq" göstərmək istədilər. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Və özünü xalqa "canıyanan" göstərməyə çalışan AXCP sədri Vətən müharibəsi dövründəki fürsətcil mövqeyini arxa plana keçirib, bu dəfə də şəhidlərimizin, qazilərimizin kölgəsində uğursuz manipulyasiya həyata keçirməyə çalışsa da, onun danışdığı yalanlar bumeranq effekti ilə öz sifətinə çırpılır. Məsələn, Əli Kərimlinin əsassız iddialarının əksinə olaraq, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial problemlərinin həlli ilə bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, onlara verilən aylıq müavinətlərin dövlət başçısının müvafiq qərarı ilə artırılması, hətta müharibə iştirakçıları ilə bağlı ortaya çıxa biləcək hər hansı bir formal problemin operativ şəkildə öz həllini tapması üçün müvafiq komissiyanın yaradılması hər kəsə gün kimi aydındır.
Bu gün ölkəmizdə şəhid ailələrinin qarşılaşa biləcəyi hər hansı bir kiçik problemin belə həll edilməsi həm cəmiyyət, həm də dövlət olaraq əsas prioritetlərdən sayılır. Eyni zamanda, bu il ərzində minlərlə şəhid ailəsinə yeni mənzillərin verilməsi nəzərdə tutulur. Eləcə də şəhid olmuş qəhrəmanlarımızın övladlarına müvafiq müavinətlərin verilməsi, onlara xüsusi imtiyazların tanınması artıq təmin olunub. Belə olan halda bu reallığı Ə.Kərimli bilə-bilə xain xislətli nəyi etiraf edir? Bir də sosial şəbəkə "qəhrəmanları" Qələbə Zəfərimizdən keçən bu iki il ərzində hansı qazinin, yaxud şəhid ailəsinin problemi ilə maraqlanıb? Bütün bunlar bir daha onu göstərir ki, Vətən müharibəsində xalqın yanında yer almayanlar yeni yalanlar uydurmaqla siyasi səhnəyə qayıtmaq istəyirlər. Bu isə mümkün deyil! Ancaq Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Xalq 19 ildir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin şahididir. Dövlət başçımızın imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü artırılıb, mənzillərlə təmin edilməsi yönündə addımlar atılmaqdadır.
Təəssüf doğuran odur ki, bu gün cəmiyyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir. Əgər onlar hansısa problemlə üzləşiblərsə, bunun həlli üçün əlaqədar dövlət qurumlarına müraciət etməli, problemin qanuni şəkildə həlli üçün hüquqi imkanlardan yararlanmalıdırlar. Və qazilər onu da unutmamalıdırlar ki, irəli sürülən hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir.
Belə ki, 2021-ci ildə 3000 mənzil təqdim edilib, postmüharibə dövründə isə 3500 mənzil verilib. Eyni zamanda, müharibə əlillərinə nəqliyyat vasitələrinin, bu kompleksdə daha 200 mənzilin, eləcə də 50 avtomobilin verilməsi nəzərdə tutulub və həssas təbəqədən olan bu kimi şəxslər bu günə qədər ümumilikdə 7 400 nəqliyyat vasitəsi ilə təmin ediliblər.
Göründüyü kimi, Əli Kərimlinin budəfəki “iddiaları” da qərəzli və əsassızdır. Sadəcə olaraq, AXCP sədri növbəti dəfə özünü “siyasi meydanda” saxlamaq, daha doğrusu, onu pulla təmin edən xaricdəki ermənipərəst dairələr qarşısında özünü “təsdiq etmək” üçün yenə də ortaya atdığı boş fikirlərlə gündəmə gəlməyə çalışır. Bu isə nə onun özünə, nə də ətrafındakılara heç bir siyasi dividend qazandırmayacaq. Çünki Azərbaycan xalqı onların əsl simasını yaxından tanıyır. Sosial istifadəçi gənclər Əli Kərimlinin antitəbliğat kampaniyasını pisləyərək, belələrinin cəzalandırılması tələbi ilə çıxış ediblər. Məsələn, Sevinc Abdullayeva qeyd edib ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin adından danışmaq Əli Kərimliyə düşməz: “Çünki bu satqının təmsil olunduğu hakimiyyətin sayəsində ermənilər torpaqlarımızı işğal etdilər, Qarabağ boyda dərdi bizim üçün yaratdılar. Ar olsun...”. Azərin Rəşidova adlı istifadəçi yazıb ki, bu antimilli ünsür üçün Vətən, dövlət və xalq anlayışı yoxdur: “Onun üçün əsas xaricdən gələn qrantlar və ölkəmizdə qarışıqlığın yaradılmasıdır. Sənin nə işin var qazilərlə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə? Onsuz da bu ölkəyə çox zərbələr vurmusan”.
Göründüyü kimi, bir sözlə, cəmiyyətimizin həssas təbəqəsi olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə bu kateqoriyadan olan insanlar, Vətənini sevən gənclər peşman etdilər. Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Bu fakt özlüyündə bir daha həm Əli Kərimli kimi radikal müxalifət, həm də onlara himayədarlıq edən antiazərbaycan dairələri üçün şillə kimi cavab oldu.
Bəli, nəhayət ki, bu cür oyunlara dur demək lazımdır. Bunu da cəmiyyətimiz etməlidir. Sosial şəbəkələrdə qazilər üzərindən oyun quranlara layiq olduqları cavabı verməlidir. Çünki Əli Kərimli kimilər o qədər azğındırlar ki, məqsədləri üçün, hətta qaziləri, şəhid ailərini də təhqir edərlər. Təki, qrant, ianə qazansınlar... Çünki Qazi problemlərindən pul qazanan Əli Kərimli mənəviyyat tanımır.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB