Müxalifəti başa salmaq nədən çətindir?

Dünyanın hər yerində təbii fəlakətlər baş verir. Bu zaman insanlar baş verənləri sakit qarşılayıb, ağrılı paroblemlərin aradan qaldırılmasında dövlətə dəstək olmağa çalışırlar. Hakimiyyətə müxalif partiyalar da vəziyyətdən istifadə edərək, iqtidarı hədəfə almırlar. Yəni Azərbaycan müxalifəti kimi hay-küy salan, həyasızlıq edib, şivən qoparıb, şou yaratmağa cəhd edən də olmur. Bu barədə qlobal dünyanın nəzarətsiz zonası hesab olunan sosial şəbəkələrdə nə oxuyub, nə teleqram səhifələrində hansısa videoları izləmiş, nə də yutub kanallarında rast gəlməmişəm. Ancaq fakt budur ki, heç bir xalq, dövlət, bölgə təbii fəlakətlərdən sığortalanmayıb. Dəfələrlə dünyanın müxtəlif bölgələrində böyük dağıntılara, fəlakətlərə səbəb olan təbii hadisələr baş verib və bundan sonra da təbii fəlakətlərin olacağı şübhəsizdir. Qeyd etmək lazımdır ki, 2014-cü ildə ABŞ-ın Yeni İngiltərə ştatında baş vermiş qəza nəticəsində 650 min ev və biznes mərkəzi elektriksiz qalmışdı. Filippin, Malta və Misir kimi dövlətlərdə zaman-zaman elektrik kəsintisi saatlarla sürmüşdü. 2015-ci ilin yanvarında nüvə dövləti Pakistanın 80 faizi elektrikdən məhrum olmuşdu. Bu il isə Sudanda, ABŞ-da və Sinqapurda eyni məzmunlu fəlakətlər baş verib. Yaponiyada baş vermiş sunami nəticəsində, AES-in blokunun partlaması nəticəsində insanlar bu günə qədər hələ də əziyyət çəkirlər. Klivlenddə eynilə bizdəki kimi, isti keçən yay zamanı enerjiyə tələbatın kəskin artması nəticəsində, qızmış naqillərin vaxtında budanmayan ağaclara toxunması nəticəsində qısaqapanma baş vermişdi. Nəticədə, elektrik stansiyasını idarə edən kompüter şəbəkəsi çökmüş, Klivlend Elektrik Stansiyasının fəaliyyəti dayanmış və zəncirvari qaydada 100 digər stansiyanın da sıradan çıxmasına səbəb olmuşdu. Böyük şəhərlərdə, o cümlədən, Nyu-Yorkda metro dayanmış, mobil rabitədə problem yaranmışdı. ABŞ-da 40, Kanadada 10 milyondan çox insan işıqsız qalmış, dəyən ziyan 6 milyard dolları aşmışdı. 2003-cü ilin 18 avqustunda İnquri İES-də baş verən qəza nəticəsində bütün Gürcüstan işıqsız qalmışdı. Xəstəxanalardan tutmuş, metroya qədər hər yerdə böhran yaranmış, hətta mərkəzi televiziya qülləsi də yayımı dayandırmışdı. Həmin ilin 28 avqustunda London və Britaniyanın cənub-şərq rayonları elektriksiz qalmışdılar. Metro və tramvaylar dayanmış, küçə lampaları, işıqforlar söndüyü üçün şəhərdə nəqliyyat xaosu yaranmışdı. 250 min insanı metrodan evakuasiya etmək lazım gəlmişdi.

Yəni dünyanın müxtəlif bölgələrində yaranan təbii fəlakətlər nəticəsində dağıntılar, insan ölümləri baş verir, ancaq heç də həmin dövlətlərin hansısa müxalifət partiyasının nümayəndəsi və ya qəzet yazarı, blogeri hay-güy qaldırıb diqqəti özlərinə yönəldə biləcək hərəkətlərə yol vermirlər. Təəssüf ki, Azərbaycanın ağıldan dayaz, dildən söyüşkən, yanaşmalarında şər və böhtana üstünlük verən məxluqları ölkəmizdə baş verən istənilən xırda problemi qabardıb, ondan siyasi maraqları üçün istifadə etməyə çalışırlar. Bütün bunlar onu bir daha göstərir ki, dağıdıcı xislətli müxalifətin fəaliyyəti Azərbaycanın uğurlarına kölgə salmaqdan ibarətdir. Ancaq reallıq ondan ibarətdir ki, onların fəaliyyəti boş qazanı döyəcləməkdən başqa bir şey deyil. Çünki xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir və bu birliyi Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi boşboğazların zədələməsi mümkünsüzdür.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...