Ermənilər Makronu düşmən elan etdilər – Əliyevi təbrik etdiyinə görə KÖŞƏDAR

Birinci amil: hər vəchlə Qarabağ regionunu “özününkü” kimi göstərmək səyləri

Ermənistanın siyasi girdabdan çıxa bilməməsi, yaranmış situasiyada cərəyan edən hadisələri öz xeyrinə, yaxud istədiyi məcrada həll etmək imkanlarını itirməsi hər zamankı kimi başqalarının günahına yazılmaqdadır. Ümumiyyətlə, olmayanı olan kimi görmək və beynəlxalq rəyə göstərməyə cəhd etmək, ya da öz suçu üzündən düşdüyü böhranlı vəziyyətinin səbəblərini “günahkar” qismində başqa dövlətlərin ayağına yazmaq şakəri bu gün də mövcudluğunu saxlamaqdadır. Baxın, Azərbaycan dünyada davam edən qlobal dəyişikliklərdə öz mövqeyini sabit şəkildə qoruyur, regionda yeni reallıqlara imza atır, habelə Rusiya-Ukrayna müharibəsi fonunda enerji mənbələrini - neft-qaz potensialını siyasi-iqtisadi cəhətdən müstəqil, eləcə də öz səmərəsinə istifadə edir və belə də olmalıdır.

Üstəlik, Bakıda Teknofest festivalı çərçivəsində dünya ictimaiyyətinə təqdim edilən 5-ci nəsil hərbi sənaye məhsulları, o cümlədən, qardaş Türkiyə ilə çiyin-çiyinə verilən önəmli mesajlar artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, bu dəyişikliklər yaxın vaxtlarda daha nəhəng imkanlara yol açacaq və hətta açıb da!

Məhz bütün bunların mənzərəsində ermənilərin hələ də “artsax” məsələsində nala-mıxa döyəcləmələri, çabalamaları, hər vəchlə Qarabağ regionunu “özününkü” kimi göstərmək səyləri onları düşdükləri bataqlıqda daha dərinə doğru dartıb-aparır. Əslində onlar yaxşı bilirlər və dərk edirlər ki, belə vasitələrlə özlərinə yalnız ölün fərmanı imzalamış olurlar.

Bəli, etiraf etməliyik ki, əgər hazırda Ermənistanda müxalifətin əsas kəsimi revanşistlərdən ibarətdirsə, elə iqtidarda da revanşist hisslərini gizlədə bilməyənlər kifayət qədərdir. Elə də uzağa getməyərək biz Ermənistanın baş naziri Nikol Paşinyanın həftənin çərşənbə axşamı 2021-ci ilin büdcə hesabatı dinləmələri zamanı parlamentdəki çıxışında səsləndirdiyi fikrinə diqqət çəkək. O bildirib ki, Ermənistan respublikası cari 2022-ci ildə “artsaxda” yaşayış binalarının inşası üçün 20 milyard dram (40 milyon ABŞ dollarından bir az çox) vəsait köçürəcək (???!!!).

Buradan yalnız bir nəticəni hasil etmək olar - Paşinyan bu günə qədər aparılan danışıqlarda Qarabağın Azərbaycanın ərazi vahidi kimi tanıdığını nümayiş etdirsə də əməldə açıq şəkildə əks mövqe nümayiş etdirir. Daha dəqiq desək, Azərbaycana qarşı ərazi iddialarını qüvvədə saxlayır və bu kimi faktlar kifayət qədərdir. Bu gün xaricdən maliyyə ayıran “Hayastan” fondu Ağdərədə, Xocalıda, Xocavənddə əlavə yaşayış binaları inşa edirlər, adını da qoyurlar ki, bu mənzillər “artsaxın işğal olunmuş ərazilərindən çıxan qaçqınlar üçündür” (???!!!).

İkinci amil: qısa zamanda başlarına DƏMİR YUMRUĞU (!!!) endirib və bu məsələni köklü şəkildə həll etmək!

Diqqət yetirirsinizmi? Demək buradan ağıla gələn ilk nə olur? Təbii iki, qısa zamanda başlarına DƏMİR YUMRUĞU (!!!) endirib və bu məsələni köklü şəkildə həll etmək!

Deyəsən, bunların nazı ilə çox oynanıldı və bu nazı acı bağırsaq kimi kəsib atmaq vacibdir, əks halda zəhərlənmə, yaxud metastaz verib vəziyyəti mürəkkəbləşdirəcək və bunun da səbəbləri artıq cücərməyə başlayıb. Məlum olub ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Hindistandan atəş mövqelərini müəyyən edən yüksək həssaslı Swatch WLR RLS-ləri alıb, bu gün isə yeni raket kompleksləri əldə etmək niyyətində olduğunu bəyan edib. Hər halda Ermənistan bu silahları servanta qoymaq üçün əldə etmir, Ermənistanın kirli məqsədləri açıq-aydın görünür və əbəs deyil ki, dövlət başçımız bu barədə sərt bəyanatlarını irəli sürüb və xəbərdarlıqları edib. Belə davam edəcəklərsə Bakının zatən başqa yolu da qalmır!

Üçüncü amil: daha yaxşı olardı ki, ilanın başı dibindən kəsilib atılsın!

Yeri gəlmişkən, Fransanın Qarabağı ermənilər üçün qızıl xonçada təqdim edəcəyini axmaqcasına inanan ermənilər indi də Makronu hədəfə alıblar. Nədir ki, Emmanuel Makron 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Makronun “Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müşahidə edilən pozitiv dinamikanı dəstəkləyir” bəyanatı bu gün də bizə düşmən sayılan erməniləri daha da həyasızlaşdırıb və onlar dərhal bəyan ediblər ki, əgər Ermənistanın belə dostları varsa, onlara heç düşmən də lazım deyilmiş. Mötərizədəki linkə tıklayaraq həmin faktı oxuya bilərsiniz. (https://www.armenianreport.com/ru/pubs/318264/)

Məncə, bütün bunlardan sonra əlavə şərhə də ehtiyac qalmır. İlan sağdır və onun başı tam əzilməyib. Əzilməyibsə, zəhəri daha da qatılaşıb və fəsad verməməsi üçün artıq o başın heç tamamilə əzilməsinə də ehtiyac qalmır, daha yaxşı olardı ki, ilanın başı dibindən kəsilib atılsın!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...