Paşik, günah öləndə olur! KÖŞƏ YAZISI

“Azərbaycan iddia edirdi ki, müharibə zamanından qalmış mina sahələrində hər gün insanlar həlak olur... Biz Azərbaycana bütün xəritələri verdik... Azərbaycan bəyan etməyə başladı ki, bu xəritələr dəqiq deyil. Onlar bunu da spekulyasiya predmeti kimi istifadə etməyə cəhd göstərdilər, lakin bir şeyi görə bilmədilər ki, xəritələr verildikdən sonra insanların minaların partlaması nəticəsində həlak olmaları haqqında informasiyalar itməyə başladı” (???!!!-R.R.)

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan (ləqəbi Paşik-R.R.) Hollandiyaya səfəri zamanı Klinqendeyldə (Niderlandın Beynəlxalq münasibətlər institutu) növbəti siyasi klounadasını, yaxud polyaçiliyini nümayiş etdirərkən deyib. Onun bu kimi sərsəmləməsi isə iki məsələ üzərində dayanmağa vadar edir – ya o çıxışı zamanı həddindən artıq sərxoş olub, ya da hollandların leqallaşdırdıqları marixuanadan sinə dolusu fısqırtdıqdan sonra bu sərsəm iddialarını önə sürüb. Ümumiyyətlə, Paşik son vaxtlar ard-arda çaşmağa başlayır və bu çaşqınlıq onun üçün çox yəqin ki, hətta dəqiq (!) baha başa oturacaq!

Sərxoş, yaxud marixuana təsiri altındakı Paşik qanmalıdır ki...

Bununla da o özünün “yüksək siyasi intellekt qabiliyyətini” sərgiləyib və elə sanıb ki, doğru danışır, amma əslində, bu gün Paşikin sələfləri Serjikdən və Robikdən ümumiyyətlə fərqi yoxdur. Sərsəm elə sərsəmdir və onların buynuzları olmur ki, seçilə bilsinlər.

Və bu gün ermənilərin başları üstündəki baş-ayaq danışan nazirləri unudub ki, minalanmış ərazilərin xəritələri Azərbaycana 2021-ci ilin sentyabr və dekabr aylarında verilib. Halbuki 2020-ci ilin 10 noyabrından bu günə qədər minaların partlaması nəticəsində 38 insan həlak olub və bu gün də həlak olma halları davam edir! Özü də həlak olanlar, yaxud xəsarət alanların əsas çoxluğu mülki vətəndaşlardır.

Digər tərəfdən, sərxoş, yaxud marixuana təsiri altındakı Paşik qanmalıdır ki, yaralıların da əksər çoxluğu ayaqlarını, qollarını itiriblər və ömürlük əlil qalıblar. Hansı ki, Azərbaycan dövləti və müvafiq orqanları ərazilərin minalardan təmizlənməsi üçün nəhəng (!) işlər həyata keçirirlər və əgər burada insan itkilərinin sayının az olması üçün cəhdlər göstərilirsə bu, heç də ermənilərin müharibədən sonra “mələkləşmələrinin” göstəricisi deyil, bu bilavasitə Azərbaycan dövlətinin göstərdiyi işin nəticəsidir. Gör indi həmin işlər keçirilməsəydi hansı faciələrlə qarşılaşa bilərdik?!

Son vaxtlar Paşikin başı yaman dumanlanıb!

Və bu gün işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesi gecə-gündüz, fasiləsiz qaydada həyata keçirilməkdədir. Yəni burada Paşikin iddia etdiyi kimi, Ermənistanın Azərbaycana verdiyi mina xəritələri demək olar ki, heç bir mühüm, əhəmiyyətli, yaxud ciddi rol oynamır. Bu məsələdə Azərbaycan öz qətiyyətini göstərir.

Hə, yeri gəlmişkən, Paşik onu da iddia edir ki, sən demə Azərbaycanda saxlanılan erməni diversantları “hərbi əsirlər imiş” və onların geri qaytarılmaları müqabilində Ermənistan Azərbaycana növbəti dəfə “mina xəritələrini” verməyə hazırıymış... Xeyir ola Paşik? Lap deyək ki, Azərbaycan ərazilərinə terror törətmək üçün dürtülən diversantları sənə təhvil vermədik, guya nə edəcəksən? Yenidən müharibəyəmi başlayacaqsan? Elədirsə başla, zatən son proseslər, deyəsən, yenidən həmin istiqamətə doğru gedir və burada uduzan tərəf yenə də erməni dövləti və xalqı olacaq.

Sərxoşluq və meyxoşluq Paşikin başını elə dumanlandırıb ki, cəmi bir müddət əvvəl başlarının necə əzildiyini də unutmağa başlayıb. Yəqin yenidən yada salmağın vaxtı çatıb. Amma bundan sonra günahı da özündə axtarsın, çünki günah öləndə olur...

P.S. Hələ bir utanmaz-utanmaz “erməni dolmasını” zorla hollandların ağızlarına dürtüb onun “erməni mətbəxi” adı altında YUNESKO-nun mədəni irsinə daixl olduğunu sırıyırsan. İndi hollandlar da eləməsin tənbəllik və açsınlar həmin irsi və görsünlər ki, bıy, sən demə dolma Azərbaycanın milli kulinariyasına aid yeməkdir və Paşik yalan danışırmış...

Nə isə... Paşik yenidən qaşınır və bu dəfə yalnız mina xəritələri deyil, həm də “dolma” siyasəti ona yaman baha başa gələcək, inanmırsa, gözləsin, azca qalıb, lap az...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...