Sirr deyil ki, başda Ə.Kərimli olmaqla, AXCP-də təmsil olunanların əksəriyyətinin nə dini, nə də ki, imanı var. Çünki etiraf etdikləri kimi ateistdirlər. Məsələn, Kərimlinin yanında yer alan "Azadlıq" radiosunun sabiq əməkdaşı Xədicə İsmayıl heç də gecə-gündüz Allaha yalvarıb, AXCP sədrinin hakimiyyətə gəlməsi üçün dualar etmir. Eləcə də, Kərimlinin yandaşlarından olmuş Günel Mövlud, Qənimət Zahid, Emin Milli, Leyla Yunus, daha nə bilim kimlər, kimlər, kimlər... - beləliklə də, bir çoxları nəninki ateistdirlər, hətta meqaateizm "fəlsəfəsi" üzrə püxtələşmiş ünsürlər toplumudurlar. İndi dönüb olublar əməlli-başlı "dinşünas". Nədir ki, ömrünün böyük hissəsini Ə.Kərimlinin yanında çürütmüş müavini Fuad Qəhrəmanlı da "Nardaran işi" üzrə Taleh Bağırzadənin yanında yer alıb. Yəni o da dönüb olub qəbirstanlığın geydirmə mollası. O ki sosial şəbəkələrdə ölü yiyələrindən pul qoparıb, kiril əlifbası ilə "Fatihə" oxumaq istəyirlər ha, bax eynən onlar kimi. Demək, T.Bağırzadə bundan öncə həbs müddəti yatarkən, onun nə adı, nə də sanı Ə.Kərimlinin və onun ateist ətrafının yadına-zadına düşmürdü. Onda Kəriminin başı başqa şeylərə qatışmışdı. Nə sosial şəbəkədə, nə də "Azadlıq" qəzetində "Taleh Bağırzadəyə azadlıq" tipli şüarlar səsləndirilmirdi. O ki Bağırzadə azadlığa çıxdı və çıxan kimi də həmin zamanlarda həbsdə olan L.Yunusu az qala "müqəddəs varlıq" kimi dəstəklədiyini dedi, bax, onda vəziyyət dəyişdi. Baxmayaraq ki, L.Yunus kafir erməniyə satılmışdı, onun uzunburun erməni qızı da şəhidlərimizin ruhunu təhqir etmişdi. Təbii ki, L.Yunusu ilk dəstəkləyənlər sırasında yenə də Ə.Kərimli olub.
İndi də həmin o L.Yunusa dəstək vermiş T.Bağırzadənin də yanında, məhz Ə.Kərimli və onun ateistlər dəstəsidir. Bu gün onların hər biri dönüb olublar molla! Hələ Nardaran hadisələri ərəfəsindı sosial şəbəkədə qızışdırıcılıq meyilləri ilə statuslar yazıb "şiəyə" dönən F.Qəhrəmanlı kimi atesiti demirəm...
Nə isə, məsələnin məğzini başqa cür qoymaq istərdim. Bu gün T.Bağırzadənin müdafiəçilərinə çevrilən Ə.Kərimli və onun kimi mənşəyibilinməzlər tayfası, görünür, müdafiə etdikləri şəxs haqqında dolğun informasiyaya mailk deyillər. Əgər belədirsə, xatırlatma edə bilərik. Məsələn, məlumatı olmayanlara bildirmək istəyirik ki, "həci" Talehin irsi və dini baxışı anadangəlmə müsəlmançılıqla bağlı olmayıb. Belə ki, onun atası İsmayıllı rayonunda məskunlaşmış dağ yəhudilərindən, anası isə Yevlax qaraçılarındandır. Yəni nə qədər qəribə görünsə də, ortada islamçılıqla əlaqəli heç nə yoxdur.
T.Bağırzadə onun güdazına getmiş Nardaran camaatı arasında həmişə şübhə ilə qarşılanmış, ona qarşı inamsızlıq mövcud olmuşdur. Nardaran kəndinin hər zaman sözünü deyən ağsaqqaları olub və indi də var. "Həci" Talehə isə heç kəs bu kəndin adından söz deməyə ixtiyar verməmişdi! İndi bu kəndin camaatı əsl reallıqları yavaş-yavaş dərk etməyə başlayıblar ki, onlar hansı bic tülkünün tələsinə düşübmüşlər. Daim öz çıxışında "dindarların haqqının qorunması" barədə moizələr oxuyan Taleh Bağırzadənin sonradan Nardaranda bahalı maşında və şəxsi silahlı mühafizə dəstəsi ilə gəzməzi də daim söz-söhbətə səbəb olurdu. Maraqlıdır, əgər Taleh dindar şəxsiydisə, məscidlərdə, dindarlar arasında oturub-dururdusa, özünü kimdən silahla mühafizə edirdi? Əğstağfirullah, Allahdanmı..???!!!
Artıq bu gün onun barəsində növbəti faktlar da ortaya çıxmaqdadır. Məsələn, "Həci" Taleh, sən demə "xüms"dən toplanan vəsaitləri (dini ehtiyaclar üçün toplanan maliyyə) dindar bacı və qardaşlarının ehtiyaclarına yönəltmək əvəzinə, öz şəxsi maraqları üçün xərcləyib. Maraqlı məsələlərdən biri də budur ki, T.Bağırzadə heç vaxt "hicab məhbusu" kimi tanınan Zülfüqar Mikayılzadəyə belə dəstək olmamış, onun ailəsi və problemləri ilə qətiyyən maraqlanmamışdı. Budurmu onun "Müsəlman Birliyi" Hərəkatı?! Bütün bunlar sözügedən adamın nə qədər şöhrətpərəst olduğunu, öz məqsədləri üçün sadə və inanclı insanların etimadından sui-istifadə etməsini bir daha qabardır.
İndi onu dəstəkləyənlər də özü kimi Allahsızlardır! "Kliyent" üztündə üz-gözlərini cıran, baş-gözlərini yaran qəbirstanlıq mollaları...
P.S. Taleh Bağırzadə o günləri məhkəmədə Qurana and içib ki, guya hadisələr zamanı silahı -filanı olmayıb... Nə edəsən, Allahı yox, kitabı yox, məzhəbi yox. Belə olanda, yalandan and içməyə nə var ki..?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB