Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, eləcə də Dumanın üzvü Vladimir Jirinovskinin jurnalistlərə verdiyi son açıqlamaları dünyada rezonans doğurub. Müxtəlif vaxtlarda fikir və mövqe dəyişikliklərinə sahib siyasətçi kimi tanınan Jirinovskinin açıqlamaları daxilində "ABŞ və Fətullah Gülən Türkiyənin düşmənidir", o cümlədən, "Ərdoğan əla prezidentdir və ölkəsinin tərəqqisi, inkişafı üçün canından belə keçər" kimi ifadələrlə münasibət bildirməsi əslində, bir çox məsələlərdən xəbərdar edir. Ümumiyyətlə, son zamanlar dünyada gedən siyasi proseslərin bir-birini tez-tez əvəzləməsi bir çox hallarda dövlətlətarası münasibətlərə də bu və ya digər hallarda sirayət etməkdədir. Hətta uzun illər iqtisadi, enerji layihələri istiqamətində sıx əməkdaşlıq edən dövlətlərarası münasibətlər anidən pozulur ki, müasir beynəlxalq siyasi arenada bu faktor artıq adi hala çevrilməyə başlayıb.
Türkiyə və Rusiyanın yeni nəfəslə bir araya gələcək liderləri regionda, o cümlədən, Yaxın və Orya Şərqdəki vəziyyətin dəyişməsinə səbəb olacaq vacib addımlar atmaq ərəfəsindədirlər
Elə də uzağa getməyərək, biz burada Türkiyə-Rusiya münasibətlərinin pozulmasına səbəb olan SU-25 təyyarəsinin vurulmasını göstərə bilərik. Məhz bu insidentdən sonra yaşanan olayları xatırlasaq, qeyd edilən fikirlərin nə qədər əsaslı olduğunu təsdiqləyə bilərik. Artıq bu insident də tarix səhifəsinin bir güşəsinə göndərilərək, unudulmaq üzrədir. Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun tərəddüddən sonra Rusiyadan üzr istəməsi Türlkiyə-Rusiya münasibtlərində yeni səhifənin açılmasına səbəb oldu. Hətta bu insidentin yaşanmasına səbəb olan Suriya savaşı amilində belə, ortaq məxrəcə gəlinə bilinəcəyini proqnozlaşdırmaq mümkündür. Hansı ki, SU-25 insidenti yaşanmamış Rusiya KİV-ləri davamlı şəkildə radikal dinçilərin "İŞİD" və s. terror təşkilatlarının sıralarına qatılmasında açılmış Türkiyə sərhədləri faktorunu irəli sürürdülər. O cümlədən, Türkiyənin Suriyadakı üsyançılara silah, pul, tibbi və texniki təchizat yardımı etməsi barədə iddialar irəli sürülürdü. Barışıqdan sonra isə bu iddialar da havaya sovrularaq, sanki olmayıbmış kimi səngidi. İndi istər Türkiyənin, istərsə də Rusiyanın soyuq başla yeni nəfəslə bir araya gələcək liderləri regionda, o cümlədən, Yaxın və Orya Şərqdəki vəziyyətin dəyişməsinə səbəb olacaq vacib addımlar atmaq ərəfəsindədirlər. Avqustun 10-da Putin və Ərdoğanın rəsmi görüşləri çox yəqin ki, mövcud siyasi axarı dəyişəcək.
Qərbə doğru yeni baxşıların yaranmasına rəng qatılır
Daha bir məqam isə, Türkiyədə FETÖ qruplaşmasının dövlət çevrilişi cəhdi ilə bağlıdır. Bildiyimiz kimi, Rusiya da bu məsələdə Türkiyənin legitim hakimiyyətinə dəstək verdi, hətta yardım belə göstərə biləcəyini təklif kimi irəli sürdü. Bütün bunlardan sonra baş verəcək hadisələrin kökündən dəyişməsini gözləmək həqiqətən də maraqlıdır.
Yeri gəlmişkən, Vladimir Jirinovskinin jurnalistlərə açıqlamasında Gülənin ABŞ-da gizlənən və vətənini satan bir xain olduğunu bildirməsi Rusiya-Türkiyə münasibətlərinin səhifəsində Qərbə doğru yeni baxşıların yaranmasına rəng qata bilər. Bildiyimiz kimi, ABŞ Türkiyə rəhbərliyinin Fətullah Güləni geri qaytarması ilə bağlı tələblərini rədd edir. Türkiyənin rəsmi nümayəndələri bununla bağlı ABŞ-a səfər edərək, əllərində olan çoxsaylı faktları amerikalı həmkarlarına təqdim etsələe də qarşı tərəf bu faktları yetərsiz hesab edir, heç bir arqumentə əsaslanmadığını bildirirlər. Bu isə FETÖ-nün ABŞ-ın müəyyən siyasi dairələri tərəfindən ələ alınması ittihamını, o cümlədən, Türkiyə maraqlarına qarşı işlədilməsi iddialarını daha da artırmış olur. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında çıxışı zamanı Qərblə bağlı maraqlı açıqlamalar verib. Türkiyə lideri bildirib ki, düşmənlər Türkiyəni parçalaya bilməyəcəklər, milli iradənin qarşısını almaq mümkün olmayacaq: "Bunu açıq şəkildə deməliyəm. Qərb Türkiyənin güclənməsini istəmir. Bu səbəbdən biz daim ikili standarlarla qarşılaşırıq."
Ərdoğan 2023-cü ilə (növbəti seçkilərə-R.N.) uğurla gedildiyini vurğulayıb. Əlbəttə ki, bu inam əbəs yerə sərgilənmir və burada bir çox məqsədlər, böyük planların dayanması şübhəsizdir. Ərdoğan dövrü Türkiyə üçün nəhəng inkişaf və tərəqqi faktoruna çevrilib. Belə olan halda Rusiya da refion dövləti kimi Türkiyə ilə münasibətlərdə daha aktiv əməkdaşlığın tərəfdarı kimi çıxış etməyə başlayıb.
Bu səbəbdən, Jurunovskinin Gülənlə, ABŞ və Qərblə yönəlik fikirlərinin demək olar ki, Türkiyə siyasəti ilə üst-üstə düşməsi siyasi məcrada dəyişikliklərin olmasından xəbər verməkdədir. SİTAT: "ABŞ Güləni sadəcə dolandırmır, eyni zamanda ona maddi dəstək verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vətənini sevən, ölkəsinin inkişafını istəyən bir şəxsdir. Mən qanuni seçkilər yolu ilə seçilmiş Ərdoğan hökumətinin liderlik etdiyi Türkiyəni dəstəkləyirəm. Həmçinin Ərdoğanın Rusiya lideri Vladimir Putinlə baş tutacaq görüşünə də müsbət yanaşıram".
Jirinovski: "Ermənistan Türkiyə və Azərbaycan dağları arasında qalan kiçik bir dövlətdir, qısa zamanda əzilib məhv ola bilər"
Nəticə etibarilə biz Jirinovskinin Türkiyə ilə yanaşı, Azərbaycanla da bağlı bənzər fikirlərini səsləndirməsi, hər iki ölkəni güclü dövlət kimi tərənnüm etməsi, Ermənistanı isə kiçik, zəif və potensialı olmayan dövlət qismində təqdim etməsi də maraqdoğurucudur. Xüsusilə, Yerevanda baş verən qiyam zamanı xalqda anti-Rusiya ovqatının yaranmasından qəzəblənən Jirinovski deyib ki, Ermənistan Türkiyə və Azərbaycan dağları arasında qalan kiçik bir dövlətdir. Lazım olarsa, həm Türkiyə, həm də Azərbaycan bu balaca və kasıb ölkəni qısa zamanda dağları arasında sıxışdırıb-əzə bilər. Ermənilər sevinsinlər və şükür etsinlər ki, Rusiya onların müəyyən maraqlarını qoruyur...
Məhz bu fikirlərdən sonra Cənubi Qafqaz və bütövlükdə Qafqaz regionunda dəyişikliklərin proqnozlaşdırılması, siyasi parametrlərin yeni müstəviyə keçid etməsi, bu fonda Kreml sözcüsünün öz sözlərini havaya deməməsi kifayər qədər məntiqi əsaslara söykənir. Və çox yəqin ki, dünyanın siyasi baxış prizması yaxın vaxtlarda dəyişəcək, özü də burada əsas maraq dairəsi olan üç əsas ölkənin - Türkiyənin, Azərbaycanın, Rusiyanın xeyrinə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB