Avropa özünü necə qurbana çevirdi? ŞƏRH

Avropa ölkələrində, xüsusilə Fransada və Almaniyada baş verən ardıcıl terror aksiyaları artıq qoca qitənin siyasi analitiklərinin bir nömrəli mövzusuna çevrilib. Belə ki, baş verən terror hadisələri sadə avropalıların öz təhlükəsizliklərinə ümid etmədiklərini aşkar şəkildə göstərir. Baxmayaraq ki, xüsusi xidmət orqanları, kəşfiyyat və s. müvafiq qurumlar bir-birləri ilə sıx təmasda olur, qarşılıqlı məlumatlar sayəsində önləyici tədbirlər planları hazırlayırlar, onların heç biri tam dəqiqliklərə əsaslanmır. Nəticədə insanlar kütləvi şəkildə qətlə yetirilir, terror qurbanlarına çevrilirlər. Təəssüf ki, qanlı aksiyalar baş verəndən sonra günahkar axtarışlarına çıxışır, halbuki günahkarın özü terror hadisəsini törətdiklərini etiraf edirlər.

Üsəma ben Laden öldürüldükdən sonra təşkilatın tam məhvi üçün yenə də Yaxın Şərq kartından istifadə olunmağa başlandı

Qərb siyasi dairələrinin yaxın Şərq və ərəb ölkələrində yürütdüyü uğrusuz siyasəti nəticəsində yaranan, eyni zamanda danılmaz faktlar və iddialar var ki, yaradılan siyasi-silahlı qrupların az sonra ciddi terror təşkilatlarına çevrilməsi də demək olar ki, bu xüsusdandır. Məsələn, bir zamanlar Əl Qaidənin SSRİ-yə qarşı yaradılmasında ABŞ-ın rolunun olması barədə çoxsaylı tutarlı faktlar mövcuddur. Amma bu terror təşkilatı SSRİ dağıldıqdan sonra Qərbin qorxulu röyasına çevrildi. Başda ABŞ olmaqla, bir çox Avropa ölkələrində qanlı hadisələr törədən Əl Qaidənin lideri Üsəma ben Laden öldürüldükdən sonra təşkilatın tam məhvi üçün yenə də Yaxın Şərq kartından istifadə olunmağa başlandı.

İŞİD Ən Nüsrənin məhvi üçün yaradılmış terror təşkilatıdır

Bu gün Suriya və İraqda bir-birlərinə qarşı amansız düşmənə çevrilən iki beynəlxalq terror təşkilatı – İŞİD və Ən Nüsrə də məhz bu sıradandır. Sirr deyil ki, Ən Nüsrə tettor təşkilatı özünü Əl Qaidənin ən böyük qanadı élan edib. İŞİD isə məhz Ən Nüsrənin məhvi üçün yaradılmış bir silahlı terror təşkilatıdır. Bu gün hər iki təşkilat bir-birləri ilə İraq və Suriyada silahlı qarşıdurmalar yaşasalar da, Avropada, ümumilikdə isə Qərbdə regionları qorxu altında saxlamaqdan ötrü yarışa çıxıblar. Beləliklə, Qərb siyasi dairələrinin özləri tərəfindən yaradılan terror təşkilatları sonda qoca qitənin özünə də ciddi başağrısına çevrilmiş olur. Düzdür, istər Avropada, istərsə də ABŞ-da bu kimi iddialar rədd edilsə də, artıq dünyaya səs salmış və bir çox ifşaedici sənədləri ictimailəşdirmiş WikiLeaks saytı dəfələrlə reallıqları, əsl gerçəklikləri üzə çıxarıb. Hətta gizli kəşfiyyat orqanlarının İŞİD-in lideri Əbu Bəkr əl Bağdadi ilə təmasları barədə də şok doğuran sənədlər, fotoşəkillər dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Məhz indi İŞİD-i günahkar kimi ortaya qoymaq dünya ictimaiyyətini məxsərəyə qoymaq kimi qiymətləndirilir. Çünki bir çox terror aktını törədən İŞİD həmin əməlini etiraf etməklə yanaşı, qanlı aksiyaların davamlı olacağı barədə ultimatumlar da verib. Yəni burada heç bir çətin siyasi tənlik yoxdur...

Bu gün Suriyada Bəşər Əsəd hakimiyyətini devirmək istəyən qərblilər bunu belə izah etməyə çalışırlar ki...

İŞİD-in isə Avropanın mərkəzi ölkələrində qanlı aksiyalar törədəcəyi əvvəlcədən hər bir avropalı siyasi başbilənlərə bəlli idi. Hətta siyasətlə əlaqəsi olmayan istənilən şəxsə də bəlli idi ki, İŞİD-ə bu qədər geniş meydanın verilməsi, dünyanın ən güclü dövlətləri tərəfindən silah və pulla təmin edilməsi nəhayət ki, "çanağın öz başlarında çatlamasına" gətirib çıxaracaq və çıxarmaqdadır! Bəli, Avropa və Qərb siyasəti özü-özünü terror girovuna çevirir bunun isə bədəli çox ağır ödənilir.

Bu gün Suriyada Bəşər Əsəd hakimiyyətini devirmək istəyən qərblilər bunu belə izah etməyə çalışırlar ki, Suriya Ərəb Respublikasında mövcud hakimiyyət diktatura ilə yürüdülür, guya Bəşər Əsəd atası Hafiz Əsədin yolundan saparaq, tamamilə əks-siyasətlə xalqını əzir, məhv edir...

Amma bu belədirmi? Əgər Suriyada baş verən hadisələrin ilk tarixlərinə nəzər salsaq görərik ki, guya Bəşər Əsədr onun hakimiyyətini istəməyən insanların dinc nümayişlərini silah gücünə yatırır, müxalifətyönlü qəsəbə və kəndləri bombardman edir və s. Əlbəttə ki, bütün bunlar məhz Qərbin həmin zamanlarda dünya ictimaiyyətinə sırıya bildikləri "faktlar" idi. Həmin vaxtlar nə İŞİD var idi, nə də Ən Nüsrə. Sonradan isə bəlli oldu ki, dinc nümayişləri gülləbaran edənlər məhz Suuriyaya sızdırılmış terrorçu qruplar idi. Onlar bununla Əsəd hakimiyyətini dünyaya qaniçən rejim kimi tanıtmaq üçün əməlli-başlı təlim keçmiş təxribat terorr qrupları olublar.

Sonradan tarixlər boyu bir çox dini konfensiyaların, məzhəblərin birləşdiyi, sülh şəraitində yaşadığı, tarixi-ecazkar bölgələrə məxsus və tolerant ölkə kimi tanınan Suriyada mövcud hadisələrin ardı yaşandı və bu gün bu ölkə təəssüf ki, dağıntılar altında inləyir. Ulu tarixi abidələr minalanaraq partladılır, insanlar vəhşicəsinə öldürülür, qul bazarları fəaliyyət göstərir. Büyün bunlar isə daha bir sarsıdıcı zərbə vurur, özü də İslam adına! Sülhpətvər İslam dini vəhşiliyi təbliğ edən din kimi avropalıların beyinlərinə yürüdülr. Baş verən teror hadisələri isə bunu "təsdiq" edir...

Lakin Qərb öz siyasətinin qurbanına çevrilməmişdən öncə min ölçüb bir biçməliydi. Təəssüf ki, bu da baş vermədi. Bu gün terrorla mübarizə dünyanın bir nömrəli problemi kimi qalmaqdadır. Həmin istiqamətdə davamlı şəkildə terrora məruz qalmış ölkələr xüsusilə ciddi fəaliyyət göstərirlər. Avropa hələ ki, baş verən bir neçə terror hadisəsindən sonra ayılmaq istəyində olduğunu göstərir. Amma terrorla mübarizədə hər zaman aktivlik nümayiş etdirmiş ölkələrin də rəyini öutənmək onlar üçün pis olmazdı.

Qarabağ məsələsində Qərb siyasətindəki ikili standartlar bilavasitə terrora dəstək kimi görünür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə terrorla mübarizə ilə bağlı müzakirələrdəki çıxışı zamanı bildirib ki, ölkəmiz beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir, Əfqanıstan koalisiya qüvvələrinin işinə qoşulan ilk ölkələrdən biri olub. Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan özü terrordan əziyyət çəkən ölkələrdəndir və bu terror Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin tərkib hissəsidir. Ermənistan terror təşkilatı tərəfindən Azərbaycanda törədilən terror aktları nəticəsində iki mindən çox Azərbaycan vətəndaşı həlak olub. Azərbaycan torpaqlarının işğalı məsələsinə toxunan Prezident İlham Əliyev həmçinin vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi zəbt olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İşğal nəticəsində Azərbaycan humanitar fəlakələtlə üzləşib, bir milyona yaxın soydaşımız öz doğma torpaqlarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi indiyədək buna məhəl qoymur.

Çünki məğlub olunan tərəf "xristian klubu"nun üzvü Ermənistan idi

Ancaq gəlin görək, Avropanın siyasi başbilənləri bu məsələdə necə davranırlar? Xalqımız dəfələrlə şahidi olub ki, Ermənistanın terrorçu və işğalçı ölkə kimi dünya xəritəsində yer almasına rəğmən, aparılan danışıqlarda ikili standartlara yol verilib. O cümlədən, Azərbaycanın haqlı tələbləri qulaqardına vurulub. Məgər bunun özü də yuxarıda qeyd edilən faktorlara bənzəmirmi?! Terrora dəstək deyilmi?!

Bu ilin aprelində, dörd gün ərzində ermənilərin təxribatçı əməllərinin qarşısı Azərbaycanın Silahlı Qüvvələri tərəfindən alınarkən, işğal altındakı torpqalarımızın 2000 ha ərazisi azad edilərkən, məhz həmin bu Qərb dərhal ortaya çıxıb, ordumuzun qələbə yürüşünün davamlı şəkil almaması üçün fəaliyyətə keçdi. Çünki məğlub olunan tərəf "xristian klubu"nun üzvü Ermənistan idi. Yəqin ki, bu ətrafda əlavə şərh verməyə də ehtiyac qalmır...
Ona görə də belə məlum olur ki, nə qədər ki, avropalılar davamlı terrora məruz qalmayıb, onun daha ciddi, kütləvi ağrı-acılarını yaşamayıblar, başqalarının dərdinə şərik çıxmaqdan imtina edirlər. Ancaq bununla yanaşı avropalı siyasət başbilənləri onu da unutmamalıdırlar ki, bu gün Fransada, Almaniyada baş verən terror hadisələrinin əsas baiskarları da onların özləridirlər. Tökülən qanların,, itirilən həyatların hər biri onların boyunlarında qalır. Çox təəssüf ki, Avropa və Qərb yanlış siyasəti ilə özü-özünü terrorun qurbanına çevirir.

Bütün xəbərlər Facebook səhifəmizdə