Vallah, müxalifət düşərgəsinə baxanda, düşünürsən ki, bunların işi-gücü "millət", "dövlət" deyib bu milləti və dövləti satmaqdan ibarətdir. İndi bəziləri bu ittihamlara cavab olaraq, başlayacaqlar bizi qınamağa. Guya ki, hakim partiyanın millətin, dövlətin mövqeyindən çıxış etməsi, onu dəstəkləməsi günahıymış. Hətta, o qədər "günahımış" ki, əllərinə düşsən belə səni param-parça edib, başını tərsinə kəsərlər. Əgər aşırı radikal olmursansa, millət və dövlət maraqlarını satmırsansa, erməniyə işləyən xəyanətkarı müdafiə etmirsənsə, kimlərinsə təlimatları əsasında donoslar yaymırsansa demək ki, YAP-ın mövqeyini nümayiş etdirirsən və YAP-a xidmət göstərirsən?! Məncə, bu dövlətin maraqlarını qoruyan bir partiyaya xidmət göstərməklə erməniyə nökərçilik etməyi müqayisə etmək qeyrətli bir insana yaraşan iş deyil!
Ancaq Əli Kərimli qaşınmayan yerdən "qan"çıxararaq, onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə yenə də "satqın" damğası vurmağa vərdiş edib. Məsələn, AXCP-nin üzqarası olan Əli Kərimli və onun ətrafındakılar da millətə, dövlətə xgyanət edib, satqınçılığı ilə "ziyalılığı" hələ də anlamayırlar. Elə götürək Eldəniz Quliyevi. Dünənə qədər "Milli Şura"nın koordinasiya mərkəzinin rəhbəri Eldəniz Quliyevi özünü "ziyalı" hesab etdiyini və bununla fəxr duyduğunu yazır. Bir adama (real adama-R.) deyərlər ki, əşşi, a binəva, axı bu "ziyalı" adlandırdığın Eldəniz Quliyev separatçı qurumda çalışan vətən xaini Əlikram Hümbətovun dəstəkçisi olub!!! Yenə də bir xatırlama: "Talış Muğan Respublikası" adlı bir qondarma "respublika" elan edilərkən, onun "himni" səsləndirilərkən, həmin bu "ziyalı" adlandırılan Eldəniz ayağa qalxıb!!! O vaxt Əli Kərimlinin tulaları bu "adamı" az qala "milli qəhrəman" elan edərək, "tərifə" mindirməyə çalışmaq istədilər. Çünki onlar da AXCP-çidir, real satqın və xəyanətkardır!
Elə fikirləşməyin ki, mən bütün bunları elə-belə yazıram. Ona görə yazıram ki, artıq bunlar bədbəxtçiliyin ən pik nöqtəsindədirlər. Görünür, həmişə dövlətə, millətə qarşı xəyanət etmək çox asan bir işdir bu yazıqlar üçün.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB