Ötən həftə işğalçı Ermənistanın paytaxtı İrəvanda "Qarabağ münaqişəsi: tarix və müasirlik" mövzusunda qondarma beynəlxalq konfrans keçirilib. Ona görə qondarma ki, orada iştirak edənlərin əksəriyyəti "dağlıq qarabağ respublikası"nın və "talış muğan respublikası"nın nümayəndələri olub. Düzdür, "konfransa" Rusiyadan, Qərb ölkələrindən olan ermənipərəst heyətlərinin təmsilçilərindən qatılanlar olsa da, onu beynəlxalq sülhməramlı tədbir kimi qələmə vermək qeyri mümkündür. Çünki bu tədbirin məqsədi bölgədə heç də sülh və əminamanlığın təmin olunmasını deyil, bilavasitə Ermənistanın işğalçılıq siyasətini pərdələməyə, daha dəqiqi isə separatçılığı dəstəkləməyə yönəltmək məqsədini daşıyıb.

Ancaq məsələ yalnız bununla başa çatmayıb. Hər zaman olduğu kimi, Ermənistandakı tədbirə bu dəfə də özlərini dissident kimi qələmə verən və bu ad altında Avropa ölkələrində sığınacaq alan milli xəyanətkarlar qatılıblar. Bu barədə az sonra qeyd edəcəyik. Hər halda yazının başlığını da "Milli xəyanətin İrəvan tablosu" qoymazdıq…

Silahlı Qüvvələrimizin aprel əməliyyatlarında əldə etdiyi uğurllarından sonra düşmən ölkədə belə tədbirlərin keçirilməsi gözlənilən idi

Lakin hələlik "konfransın" azərbaycanlılara və Azərbaycana nifrət edən təşkilatçıları və aparıcı qonaqları sırasına nəzər salaq. Azərbaycan KİV-lərində "ermənifobiya" axtarışları üzrə ixtisaslaşan, ictimaiyyətlə əlqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyanın rəfiqəsi Anjela Əlibəyova, beynəlxalq tarix və xarici regionşünaslıq kafedrasının əməkdaşı Anton Yevstrasov, Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutunyan, özünü fantom təşkilat - "talış hərəkatı"nın rəhbəri hesab edən, o cümlədən "talış muğan respublikasının milli məclisinin sədri" kimi təqdim edən Fəxrəddin Aboszodə və s. Beləliklə, bu personajları birləşdirən faktorun nədən ibarət olması artıq bəllidir: işğal altında olan torpaqlarını azad etmək istəyən və buna haqqı olan Azərbaycana "aqressor" damğasını vurmaq. Hər halda, Silahlı Qüvvələrimizin aprel əməliyyatlarında əldə etdiyi uğurllarından sonra düşmən ölkədə belə tədbirlərin keçirilməsi gözlənilən idi…

Vətən torpaqlarımız uğrunda onlarla şəhid verən talış cameəsində "xəyanətkar köpək", yaxud "ermənilərin iti" kimi adlandırılan Fəxrəddin Aboszodə

Onların hər biri öz çıxışlarında sanki Azərbaycana qatşı təbliğat aparmaqdan ötrü yarışa düzülmüşdülər. Məsələn, qədirbilən, özlərini Azərbaycanın ayrılmaz hissəsi kimi görən, Vətən torpaqlarımız uğrunda onlarla şəhid verən talış cameəsində "xəyanətkar köpək", yaxud "ermənilərin iti" kimi adlandırılan həmin bu Aboszodə "talış xalqı adından artsaxın müstəqilliyinə dəstək verildiyini" deyib. Sitat: "Bizim üçün maraqlı olan ilk növbədə xalqın müqəddəratıdır. Biz xalqımızın haqqı uğrunda mübarizə aparırıq. Ona görə də hər bir xalq öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq haqqına mailkdir. Bu baxımdan, biz talışlar artsax xalqını bütünlüklə dəstəkləyirik"(???!!!-R.N.) Yəqin ki, Azərbaycanın inkişaf və tərəqqisində özünəməxsus yeri olan Cənub bölgəsinin mərd, vətənsevər, dövlətçiliyimiz uğrunda gözünü belə qırpmadan canından keçən oğlul-qızlarımız bu kəlmələrin sahibinə hansı sözləri deyərdi, bu bəllidir!

Onu da qeyd edək ki, bu tipli çıxışlar digər iştirakçılar tərəfindən də səslənib və nəticədə Azərbaycan "haqsız" çıxarılaraq az qala "işalçı" kimi qələmə verilib.

Çəhrayı-mavi qrafoman, "Nobel" mükafatına həsrət qalan – Ələkbər Əliyev adlı erməni nökəri…

İndi isə qayıdaq yazının əvvəlində verdiyimiz vədə və milli xəyanətkarlarımızın İrəvandakı "konfransda" çıxardıqları polyaçiliklərinə nəzər salaq. Ermənilərin və digərlərinin çıxışlarından vəcdə gələn milli xəyanətkar – hazırda İsveçrədə yaşayan və özünü "belletrist" yazıçı kimi qələmə verərək, hətta "Nobel" mükafatı alacağını da həyasızcasına iddia edən Ələkbər Əliyev nədənsə Azərbaycan nümayəndəsi kimi təqdim olunub. Halbuki, bayaq da qeyd etdiyimiz kimi, o İsveçrədə yaşayır və Azərbaycanla bağlı qeydiyyatı, ümumiyyətlə heç bir rəsmi bağlılığı yoxdur. Sadəcə, bu millətin nümayəndəsidir və bütün varlığı ilə ermənilərə satılıb. Ounn çıxışının bir fraqmentinə diqqət yetirək. Deməli, bu çəhrayı-mavi qrafoman Azərbaycan KİV-lərini və hakimiyyətini qatı milliyyətçilikdə ittiham edərək fəxrlə deyib ki, sən demə özünün də fəaliyyət göstərdiyi "Meydan TV" bu sıralamada yer almırmış. Yəni "ermənifobiya" amili adıçəkilən media qurumunda ümumiyyətlə yoxdur. Gəlin bu həyasız və xəyanətkarın çıxışındakı sitatına baxaq: "Bizim agentlikdə ermənifoblar, faşitslər və anti-təbliğatçılar yoxdur". Əlbəttə ki, belə çıxışdan təəccüblənməyə də dəyməz. Çünki "Meydan TV"yə rəhbərliyi eynilə bənzər tip rəhbərlik edir – Emin Milli. Əslində onun özünə "milli" təxəllüsünü götürməsinin hansı məna daşıdığını söyləmək çətin olsa da bu fərdin həmin tələxxüs altında hansı oyunbazlıqlardan çıxması kimsəyə sirr deyil.

Ələkbər Əliyevin daha bir xəyanət dolu, iblisvari sitatına nəzər salaq: "Azərbaycanın dövlət rəhbərliyinin münaqişənin həll olunmasında marağı yoxdur…İrəvana qarı pretenziyalar irəli sürülür, Stepanakertin (Xankəni-R.N.) yerlə-bir olacağı iddia olunur…"

Ələkbər Əliyevin arvadı gəbərən erməni əsgərlərinə görə göz yaşı tökürmüş

Beləliklə, adıçəkilən iblis Azrərbaycan xalqının,dövlətinin maraqlarını, tökülən şəhid qanlarının müqəddəsliyini bu cür ayaqlar altına atıb əzir, satır, təhqir edir. Nədir ki, ermənilər ona bu çıxışına görə yaxşıca mükafat verəcəklər!

Bu qeyri-insanın daha bir frazası isə tədbir iştirakçılarının onu ayaqda alşıqlamasına səbəb oldu. Baxın özünü pula satan mənfur erməni nökəri nə deyir: "Mənin arvadım ona görə ağlamırdı ki, cəbhədə azərbaycanlılar ölür, ona görə ağlayırdı ki, ümumiyyətlə insanlar həlk olur – bu, bizim ümumi ağrımızdır!"

Nə deyək, əgər Ələkbər Əliyev və onun arvadı üçün öldürülən işğalçı erməni əsgərinin qanı torpaqlarını işğaldan azad etmək üçün canını qurban verən azərbaycanlı şəhidinin qanı ilə eyni tutulursa, bu zaman hər şey gün kimi aydın görünür. Əlavə şərhə isə ehtiyac qalmır. Hər halda dəyərli oxucularımız bu kimi "Nobel" mükafatı almaq arzusu ilə alışıb-yanan, hətta buna görə millətini dəfələrlə satmağa hazır olduğunu gizlətməyənlər timsalında Günel Mövlud, Əkrəm Əylisli kimi "yazarların" Leyla Yunus, Xədicə İsmayılova və s. xəyanətkarların daha öncələr çıxardıqları siyasi şəbehlərini xatırlamamış olmazlar. Necə deyərlər, belələri erməni nökərçiliyinə çoxdan alışıqdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə