Belə davam edərsə, əksər müxalifət partiyaları, o cümlədən Müsavat və AXCP siyasi səhnədən gedəcək. Artıq bu, bir reallığa çevrilməkdədir. Çünki son bir il ərzində gözlənilmədən ənənəvi müxalifət partiyaları olan AXCP ilə Müsavatda ciddi parçalanmalar baş verib və demək olar ki, 20 il müxalifətdə olan aparıcı simalar bir anın içində bu partiyalardan istefa veriblər. Bu istefalar müxalifəti demək olar ki, sıradan çıxartdı. Maraqlıdır, nəyə görə AXCP ilə Müsavatdan çoxsaylı istefalar baş verir? Səbəbi nə qədər qəribə də olsa gedib-çıxır 2000-ci ilə...
Birinci proses...
Məsələn, sirr deyil ki, 2000-ci ildə Əbülfəz Elçibəyin dünyasını dəyişməsi ilə ilk parçalanma prosesi AXCP-də başladı və nəticədə iki Xalq Cəbhəsi Partiyası yarandı. Daha sonra isə hər iki partiya bir neçə dəfə parçalandı və 3-cü, 4-cü, 5-ci və daha neçənci cəbhə meydana gəldi. Qeyd olunmalıdır ki, mərhum Ə.Elçibəy bütün siyasi gücləri eyni müstəvidə birləşdirə bilirdi. Ancaq o vəfat etdikdən sonra bu missiyanı həyata keçirən olmadı. Nəticədə, hər bir siyasi şəxs özünü lider gördü, öz partiyasını daha güclü saydı və siyasi partiyaya sahib olmaq, siyasi partiya sədri kimi tanınmaq hakimiyyət ehtirasına çevrildi. Bu isə parçalanmanın birinci prosesi idi.
İkinci proses...
İkinci prosesə isə 2003-cü ildən start verildi. Prezident seçkiləri dönəmində müxalifətin hər iki namizədinin - İsa Qəmbər və Etibar Məmmədovun seçkiləri uduzması parçalanma dairəsini genişləndirdi. Siyasi gündəmə parçalanmış və zəifləmiş AXCP-dən sonra parçalanmış, əsas fiqurları siyasi meydandan çəkilən AMİP və Müsavat oldu.
Xalqın hakimiyyəti dəstəkləməsinin məntiqi nəticəsi
Qloballaşan dünyada fərqli yanaşmalar müavir dövrün tələblərinə uyğun yeniliklər baş verir, reallıqlar daha aydın görünür, mübarizənin imitasiyasını üzvlər dərk edir. Belə olan halda niyə də parçalanma olmamalıdır? Nə qədər müxalifətdə oturub, partiya liderlərinin deputat mandatı qazanması üçün çalışmaq olar?
Digər tərəfdən, əgər istək müstəqil və demokratik Azərbaycan qurmaq idisə, indi, çox şükür ki, o da var. Başqa tərəfdən, o da bəllidir ki, müxalifətin parçalanmasına iqtidarın güclü olması, xalqın hakimiyyəti dəstəkləməsi də təsir edir. Çox sadə, anlaşılan və düşünməkdə çətinlik yaratmayan fakt və aksioma isə budur - güclü iqtidar olanda, müxalifət zəif olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB