Vyana görüşündən sonra Qarabağ məsələsinin həlli prosesində topun kimin tərəfində olduğu bir daha aydınlaşdı. Bu, bir futbol oyunu olmasa da aydınlaşdı ki, artıq bundan sonra Sarksiyanın qulağı öncəki görüşrlərdəki kimi dik deyil, sallaq olacaq. Çünki ötən ayın ilk dörd günündə Azərbaycan əsgəri onun qulağını çox möhkəm dartdı. İndi hər şey Sarkisyanın özündən asılıdır – o ya qulağısallaq gəzərək ən azından həmin qulağı daşıya, ya da həmin qulağı birdəfəlik itirə bilər. Yəni qısacası, Sarkisyan əvvəlkitək davam edərsə, Azərbaycan əsgəri onun yararsız hala düşmüş qulağını bu dəfə kökündən kəsərək bir kənara atacaq. İndi onu bir şey düşündürür – Ermənistandakı hakimiyyətini hər vəchlə əlində saxlamaq. Və əgər o Azərbaycanın sərt və bu dəfə daha qəti mövqeyi qarşısında tab gətirə bilməsə uzun illər qan uddurduğu sadə erməni xalqı ounn işini bitirəcək. Azərbaycan tərəfi isə ona vaxt verib – BİR AY! Çünki Vyana prosesindən sonra danışıqların davam etdirilməsi qərara alınıb və Sarkisyana da bu qədər vaxt verilib. Ona görə də erməni prezident bu dəfə ağıllı düşünməyə, ağıllı nəticəyə gəlməyə məhkumdur. Təbii ki, sallq qulaqlarının kəsilməsini istəmirsə…

Ümumiyyətlə, bu müddət Ermənistana həm də ona görə verilib ki, öz daxilində ictimai rəyi hansısa qərarlara hazırlasın. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin səylərinin əsas istiqaməti isə ona yönəlib ki, işğal edilən ərazilərimiz geri qaytarılsın, məcburi köçkünlər öz doğma evlərinə qayıtsın, ölkənin ərazi bütövlüyü və suverenliyi təmin edilsin. Bu gün Sarkisyanın qulağının sallanmasına səbəb olan daha bir amil də mövcuddur ki, bu Azərbaycanın qətiyyətli mövqeyi ilə yanaşı, həm də beynəlxalq aləmin ölkəmizin ədalətli addımlarını dəstəkləməsidir. Nə erməni lobbisi, nə də ermənipərəst qurumlar beynəlxalq aləmin qarşısında tab gətirə bilmir. Çünki Azərbaycanın məqsədlərini hamı başa düşür, anlayır, dəstəkləyir.

Təbii ki, Serjik bir müddət öncə məğlub vəziyyətə düşdüyünü anladığına görə müəyyən özünütəmizəçıxarma addımları atmalı idi. Məsələn, erməni ordusunun güclü Azərbaycan Ordusu qarşısındakı zəifliyi də onun sərsəm bəyanatlar verməsinə səbəb olub. Bir müddət öncə Metsamor AES-nin vasitəsilə siyasi gedişlərə əl atmaq istəyən Sarkisyan bu dəfə də layiqli cavabını aldı.

İndi isə Serjikin Vyanadan qayıdarkən gülməli və sərsəm bəyanat verməsi də diqqətdən yayınmadı. Daha dəqiq desək, kamera məsələsi. Belə ki, onun təmas xəttində kameraların və digər cihazların yerləşdirilməsi ilə hərbi məsələlərin həll ediləcəyi bəyanatı çox gülməli çıxdı. Halbuki, ermənilərin sərsəm prezidenti anlamalıdır ki, ona verilən bir aylıq vaxt vaxt öz ictimaiyyətini uduzmağını etiraf etməsi üçün verilib. SERJİK, SƏNİN BİR AY VAXTIN QALIB, ZAMAN İSƏ GEDİR…

Bütün xəbərlər Facebook səhifəmizdə